Müəllif Yəzd şəhəri yaxınlığında anadan
olub. Təvəllüd ili bilinmir. Vəfatı isə 1454-cü ildir. 1419-cu ildə Fars hakimi
İbrahim sultanın (Əmir Teymurun oğul nəvəsi və Sultan Şahruxun oğlu) sarayında xidmət edərkən bu əsərini yazmaq üçün
ondan tapşırıq alıb. Belə ki İbrahim sultan həmin vaxt babası Əmir
Teymur haqqında məxsusi bir kitab
yazdırmaq fikrinə düşmüşdü. Bu məqsədlə, lazım olan bütün sənəd və yazılı
materialları bir yerə toplatdırmaqla yanaşı, bəzi hadisələrin sağ qalmış
iştirakçılarını sarayına dəvət edib onların şəhadətlərini də yazıya köçürtdürmüş
və bütün işi ümumiləşdirməyi, yəni lazım
olan əsəri tərtib etməyi isə məhz, Ş. Ə. Yəzdinin öhdəsinə buraxmışdı. Kitabın yazılma
prosesində, hansısa hadisənin təsvir edilməsi zamanı,
nəsə, mübahisəli bir şey olsa idi, İbrahim sultan təcili surətdə böyük şəhərlərə
çaparlar göndərib həmin məsələni dəqiqləşdirmək üçün Əmir Teymurun başqa zamandaşlarının da köməyindən
faydalanar və həm də, yazdırdığı kitab üçün əlavə məlumat toplatdırarmış. “Zəfərnamə”dəki bəzi
şərhlər isə Ş. Ə. Yəzdinin şəxsi müşahidələrinə əsaslanmışdır.
Əsər 1424/25 (– h. 828) ci
ildə tamamlansa da, müəllif tərəfindən redaktəsi sonrakı üç il ərzində davam
etdirilmişdi.
Ş. Ə. Yəzdi söz gedən əsəri 3 “məqalə”dən – yəni 3 cilddən ibarət
olmasını planlaşdırmışdı; 1-ci cild – Əmir Teymura, 2-ci cild – Sultan Şahruxa, 3-cü cild isə – İbrahim sultana dair olmalı idi. Fəqət, sonrakı iki cild müəllif tərəfindən
ya yazılmamış, ya da, yazılsa da onların orijinal, yaxud surətlərindən heç biri
zəmanəmizədək gəlib çatmamışdır.
“Zəfərnamə” 1887 və 1888-ci illərdə, 1-ci və 2-ci hissələr olmaqla Kəlküttədə, daha sonra – 1958-ci ildə, Tehranda çap olunmuşdur.[1] Lakin bu nəşrlər zamanı istifadə edilmiş əlyazma nüsxələrinin heç
birində əsərin ümumi həcminin beşdən birini təşkil edən “Müqəddimə” olmadığına görə, təbii ki
həmin hissə də çap edilməmişdir. “Zəfərnamə”nin başqa bir, daha mükəmməl nüsxəsinin faksimelisinin – Özbəkistan EA Şərqşünaslıq İnstitutundakı 4472 şifrə altında
saxlanılan əlyazmanın, 1972-ci il Daşkənd nəşrində (Ə. Urunbayev tərəfindən çapa hazırlanıb)
isə söz gedən çatışmamazlıq aradan qaldırılmışdır.
Elə həmin nəşr əsasında da t. e. doktoru Vaqif Piriyev “Zəfərnamə”dən Azərbaycana aid və digər bəzi maraqlı çıxarışlar edərək, onları dilimizə
çevirmiş və bunlar 1996-cı ildə Bakıda kitabça şəklində nəşr olunmuşdur. Biz də söz gedən əsərin, məhz,
Daşkənd nəşrindən istifadə etmişik.
Gətirdiyimiz iqtibasların Azərbaycan dilinə tərcümə edilməsi işi isə bu dəfə
bizim zəhmətimizin bəhrəsidir və biz fars dilindən etdiyimiz bütün tərcümələrimiz
kimi, burada da orijinaldakı dili, cümlə quruluşunu mümkün qədər saxlamağa daha
çox üstünlük vermişik.
Ş. Ə. Yəzdinin “Zəfərnamə”sində təsadüf
etdiyimiz Şəkiyə dair hekayətlər, əsasən N. Şaminin eyniadlı əsərindən götürülmə olsa
da, müəyyən fərqlərə də malikdir və hər ikisindəkilər bizim üçün ayrı-ayrılıqda
əhəmiyyət kəsb etməkdədir. Belə ki N. Şaminin məlumatları: əksər hallarda bir narrativ mənbənin verdiyi informasiya kimi, Ş. Ə. Yəzdinin yazdıqları isə: birincinin
yoxlanılmış və daha da zənginləşdirilmiş redaktə variantı kimi əhəmiyyət
daşıyır.
M Ə T N – Şəkiyə dair iqtibaslar
(fars dilindən tərcümə edən: Aydın Məmmədov)
Elə ki hümayun məvkibin
(–padşah üzəngisi
yanında durmaq vəzifəsi daşıyan atlı,
yaxud piyada dəstəsi) çadırları [qurulan
yer[2]] Şəki vilayəti oldu, Həzrət sahib qiran
(–Ə.T.) kafirlərin kökünü kəsmək və çıxarıb atmaq üçün Nüsrət (–zəfər) şüar (– əlamət) ləşgəri dəstə-dəstə
buranın hər yerinə göndərdi. Əmir Cahanşah bəzi üməra ilə fərmanın hökmü üzrə bütün ləkzilərə[3] hücum edib qarət elədilər və onlardan bir çoxunu cihad
qılıncından keçirdilər; [nəzm:]
Bu kafiri qəza qılıncı ilə axıradək
təqib edən o müzəffər
bayraqlı qoşunlara,
Qənimət o qədər ki bəlkə hesaba
gəlməz,
qoşunlar apara
bildikləri qədər onlardan apardı.
və Əmir [Dərviş Məhəmməd][4] Bərlas, Gərdun
şükuh (–dünya qədər, yaxud cəlalla
hərəkət edən) qoşunlardan çoxlu güruhla Şəki dağıstanına (–
Şəkinin dağlıq yerlərinə) girdilər və camaatın bir hissəsi ki itaət etmək və
xilas olmaq yoluna qədəm qoymamış idilər, o dağlarda ələ keçirib əsir və kölə vəziyyətinə
saldılar və hər nəyə malik idilər qarət və tarac yelinə verdilər; [nəzm:]
Müzəffər
qoşunlar o dağlıq yerlərdə
tarac
etmişdilər çoxlu şey,
Düşməni candan məhrum
etsələr də
məcbur idilər amma götürsünlər
apara bildikləri qədər hələ ki.
və Arğunşah İxtaci və Ramazanxacə, Əsrin
zəfər məvkibindən bir dəstə ilə Səkğut[5] vilayətinə tələsib [qətl və əsir və
qarətdən istila][6] və mükəmməl qələbə əsərləri zühura
çıxardılar; [beyt:]
Hara oldu ki o adlı-sanlı
ləşgər,
niyə olmadı qalib,
pərvərdigarın köməyi ilə?!
və Əmir Məhəmməd [bəy və][7] Əmir Musa; [beyt:]
Qələbə çələngli,
bütün şirlər cumdu birdən.
Ağcəb vilayətinə yollandılar və o yerləri
istila və zəbt hövzəsinə daxil etdilər; [beyt:]
Hər yerdə ki bu hünər
zəminindən fənd,
müzəffər
etmədimi o qoşunları məgər bu?
və Həzrət sahib qiran, öz
mübarək canı və sair firuzi (–zəfər) təsirli ləşkərlərlə Əlbruz (– Qafqaz) dağının ətəyinə gəlib çıxdı. Rəbb tərəfindən
göndərilmiş inayətlər[lə yanaşı[8]] gündən-günə artan qüdrət və asimani
qüvvətləndirilmiş qoşunlar mənsur bayraqlı əsgərlərin hümayun üzəngisinin nökərinin
(–Ə.T.-un) sidq niyyətli qolunun qüvvəsi və hüsn-e etiqadı
ilə qəza və cihad [bayrağını] qaldırıb; və ulu dinin nüsrəti, məlun kor kafirlər üçün cahana ah-nalə və təhlil
salıb; [nəzm:]
Elə ki cahangir şahın adamları yetişdi,
hər
tərəfdən ah-nalə qalxdı.
O yer ki ordusu səadətli toz gətirdi,
din bağının budağında hər zəif
ümmət cücərdi.
Dalğalandı din üfqünün ənvər namlı bayrağı
üzə çıxdı kafirlərin zülmət və zəlaləti
və
adlı-sanlı əmirlər və fil yıxan, şir ovlayan
bahadırlar ki kafirlərin vilayətlərini istila etmək, fəsad və təfriqənin
dəfi üçün ətraf və yaxınlara getmiş idilər, bu ziyansızlardan (– ziyan vurmağa qadir olmayan adamlardan) bir
çoxunu qəzanın qılıncına tuş gətirib və Onların istinadgah və istehkamlarını
ələ keçirib və viran etdirib və zəbt və mənimsənilmə altında bol qənimətlər
çıxarıb Qəbələ məkanında ali orduya çatdılar; [nəzm:]
Şahın qoşun
dəstəsi tutdu çox ölkə və diyar
qala aldı, istehkam
yıxdı və öldürdü düşmən.
Ələ keçirib çoxlu qənimətlər saysız-hesabsız,
ali ordu tərəfə fəth
küləyi ilə gəldi.
və (ordu)
Sorx[ab] qalasını da
istila edib və yerlə həmvar düzəldib Sorxab Qarabağı tərəfə gəldi və [Əmir Teymur orduya] o
yerdən köç edib Kür çayının kənarına düşmək buyurdu; və fərman-e qəza-ye cərəyan qüvvəyə mindi ki, qamış və
çör-çöpdən navallar (– hissələr)
hazırlayıb Kür çayı üzərində körpü bağlasınlar; və elə ki, Sahibqiran qazi, mənsur ləşgərlə çaydan keçdi hümayun əzmin yüyəni Bərdə tərəfə
dönmüş oldu.[9]
…[Tiflis[10]] şəhəri ki o ölkənin (– Gürcüstanın) taxtgahıdır
[Əmir Teymur orduya ora]
[düşmək buyurdu[11]] və buradan şikar etməyə geri dönüb
Şəki düzlərinə girdi və neçə gün o məhləni iqamət çadırları qurulan yer etdi; və el və vilayət-e
Bərtazın istilası üçün Əmir Hacı Seyfəddin və Cahanşah bahadırı müzəffər bayraqlı qoşunlardan bütün üməra və həddindən artıq güruhla basqına göndərdi və Onlar
fərmanın hökmü üzrə təcili yola düşüb büsbütün dağ və çöl Bərtazı[12] qarət etdilər və o nahiyələrin el
və ulusunu yola çıxarıb sürdülər və Aləm pənahın dərgahına gətirdilər; və [Əmir
Teymur] Şeyx Nurəddin Sarıbuğanı həddindən artıq ləşgərlə dağlıq yerlər tərəfə göndərdi və O, elə ki dağlıq
yerlərə girdi, Seyid Əli Şəki Orlat o hücumçunun xofundan
mülk və malını atıb qaçmaq yolunu tutdu. Şeyx Nurəddin Onun evlərini necə ki
düşmənin qəlbi kimi boş [və[13]] xarab etdi və tarac küləyinə verib atəş vurdu; [beyt:]
Və elə ki ondan mühüm
asudəlik tapdı,
İqbal kimi ali taxtın ayağına
tələsdi.[14]
[Əmirzadə
Əmiranşah] Həmən
ilin (– 1397, yaxud 1398)
payızında, Seyid Əli Orlatdan bir müxalifət şübhələndi
ki, ona görə və təhqiq etdirmədən ləşgər çəkdi və
Onun vilayətini qarət etdirdi; və elə ki [şahzadənin[15]] ovqatının xarab olması
söz-söhbətləri Onun eyş və işrət və qələt-e iltifatında, məmləkətlərinin işlərinin
idarə edilməsi və tərtibində çoxalma tapdı, xəbis təbiətli gürcülər[16] ki… onların fəsad və tüğyanı Həzrət
sahib qiranın möhkəm qəhr [şüşəsində[17]] cilovlanmış idi, ürəkləndilər;
və o müddətdə ki, o həzrət (–
Ə.T.) Hindistan yürüşünə buyurmuş idi, cəsarət
ayağını mütilik cızığından kənara qoyub, müxalifət başlatdılar; və bu vaxt Sultan Əhməd Cəlairin oğlu [Sultan Tahir[18]] ona itaət edən bir qism camaatla Alıncaq qalasıda idi və
Sultan Səncər [bin] hacı
Seyfəddin, qəza cərəyan fərmanın hökmü üzrə uzun sürən müddətdə, yenə də o
qalanı mühasirə edir və qalanın ətrafı[nı] cəmi tərəflərdən
«daşdan bir divar» [halına] gətirmiş
idilər. Belə ki bir kəs qaladan bayıra gedə bilməmişdir və bir kəsə [də]
bayırdan qalaya yol yoxdur; və istehkam əhli yaxşıca təngə gəlmiş idilər. Bu
fürsətdə, qələbə əzmli gürcülər, dinsizləri topladılar və Seyid Əli Şəki, əgər ki islam şüarinda tanınmış idi, onunla əlaqədar ki, Onun vilayətini
tarac etmiş idilər, belə ki deyilmiş oldu, [indi
O,]
gürcülərlə ittifaq etdi və Sultan Tahir ki, mühasirə işinin təzyiqi canına
və biçaq sümüyünə [dirənmiş idi[19]], [Onu] xilas etmək əzmi ilə Alıncağa üz tutmuş oldular və Azərbaycan vilayətinə girib, dostluq edənlər (– Seyid Əli Orlat) və düşmənlər (–
gürcülər) müsəlman vilayətlərini xarab
etməyə əl atdılar; və elə ki Sultan Səncər bu haldan agah
oldu, qaladan çəkildi və Təbrizə getdi və vaqiənin surətini
Əmirzadə Miranşahın ərzinə yetirdi. Şahzadə öz oğlu
Əmirzadə Əbubəkr ilə Sultan Səncər və Hacı Abdulla və
Məhəmməd Qəzğun və Şeyx Məhəmməd tavaçi
kimi əmirlərə və digər üməraya o fitnə odunu sön-dürmək
fərmanı verdi və onların hamısı Alıncaq tərəfə rəvan
[oldular[20]]; və elə ki gürcülər Alıncaq istehkamına yetişdilər, Sultan Tahir [Cəlair xəzinəsini də götürüb, yaxın
adamlarından ibarət bir dəstə ilə[21]] aşağı düşdü və Onlarla birləşdi;
və qalanı Hacı Saleh və Seydi Əhməd Oğulşani və üç nəfər
gürcü aznauruna
tapşırdılar; və gürcülər böyük üməraya və bahadırlara
«aznaur» deyirlər və necə ki onların məqsədləri Sultan Tahiri xilas etmək idi, muradlarının
hasil olmasından sonra geri döndülər; və o yaxınlarda da Təbriz ləşgəri Onlara çatdı
və qoşunun tərəfləri cərgəyə düzülüb cəngə çıxdı; və necə ki gürcülər qələbə
qayəli (–üstün) idilər, Onların aznaurları
tərsliyə gəldilər və Təbriz ləşgərinin sağ cinah və
sol cinahına hücum etdilər və Seyid Əli Şəki mərkəzdən irəli çıxıb intiqam üçün
Əmirzadə Əbubəkrin üstünə getdi. Baxmayaraq ki, cavanbəxt
şahzadə bir müjdə (–yeniyetmə) yaşında idi, səbat (–mətanət) ayağını dirəyib
[, yəni qaçmayıb] igidlik kamanının bir cübbə (–60 ədədlik ox kisəsi?) oxunu atdı və altmışda zəfər açdı və [belə
ki, oxlardan] biri Seyid Əlinin dəbilqsinin zireh ətəyi
üzərinə[, yəni zərif hissəyə] getdi və bundan keçib boyun damarına [sancıldı[22]] və o «qorxmaz» həlak torpağı
üzərinə yıxıldı: «vəlair və əş-şəl
fi əl-müxbir misl əl-əsəd».[23] Amma elə ki gürcülər qalib
olmuş idilər və Təbriz ləşgəri qovulub, şahzadə də
geri qayıtdı və sağ-salamat bu təhlükəli yerdən kənara çıxdı; və gürcülər [də]
öz məkanlarına qayıtdılar.[24]
Bu əsnada Əmirzadə Miranşahın
ümərası barədə fərman-e əla sadir
oldu ki, gürcülərin müharibəsində ki, Alıncaq ətrafında – hadisə bəyən edilmiş idi, hamısı
təqsir etmiş idilər və fərar edib[lər]. Böyük Yirğu Divanında (–hərbi məhkəmədə) soruşdular;
Əmirzadə Şahrux və əmirlər fərmanın hökmü üzrə [onları]
əmrə tabe olmağa durğuzdular və elə ki sual-cavabdan və təftiş və təhqiqdən
sonra halın surətini, necə ki vaqiə olmuş idi, humayun
ərzin izzətinə çatdırdılar, Ələtabanın (–Ə.
T.un) vacib hökmü çıxdı ki, Hacı Abdulla Abbas və
Məhəmməd Qazan üçün dal və qabaq yasaq
(– cəza) çubuğu vursunlar və Yəmən Həmzə-ye Əprəddin
barədə ki –hamıdan əvvəl qaçmışdı, işarət oldu ki yasağına yetişsin [, yəni
öldürülsün] və [yalnız] şahzadələrin xahişi ilə canına aman tapıb,
Onun üçün də dal və qabaq çubuğu vurdular və onların hər birindən cərimə olaraq
üç yüz at tələb etdilər və Əmirzadə Miranşahın bütün
əyan və nökərləri üzrə halın hökmü ilə əllisindən [də] iki yüz-üç yüz at
həvalə olunmuşun [üstünə[25]] gəlindi
və bütün o atları pənahı zəfər qoşunların piyadalarına qismət etdirdilər; və
Əmirzadə Əbubəkr barəsində padşahanə atifət ki, o cəngdə
igidlik göstərmiş idi və Seyid Əli Şəkini oxun bir cübbəsi ilə həlak torpağına
atıb – əzizlənən və nəvziş
siniflərinə ixtisas çəkdi [,
yəni əzizlənən və nəvaziş göstərilən şəxslərdən oldu]. Beyt:
Şahdır himayəçi, üzü bu zamandan layiq hörmətə,
qəhr və lütf bəxş etdi hər
rəfiqinə. [26]
…necə ki bundan əvvəl Şəki vilayətinin valisi Seydi Əli Orlat, Gürcü ləşgəri ilə ittifaq
etmiş idi və Alıncaq qalasının içinə girib və can üstündə[, yəni ölüm ayağında] o nadanlığı
edib, belə ki şərh verilmiş oldu, bu vaxtda, Onun oğlu Seydi Əhməd ki [indi]
Onun (– Seyid Əlinin) el və vilayətinin əyalət (–
bir vahid, yaxud bir hissə) sahibi olmuş idi, atasının cürəti ilə əlaqədar Sahib
qiran gərdun aləm xadimlərinin (– Ə. T. un)
intiqamına görə təşvişə düşən və rahatlıq tapmayan oldu və Əmir Şeyx İbrahimin
Şirvan mülkünə iltica apardı ki, O, [bu hərəkəti
ilə də] o həzrətin (– Ə. T. un) bəndələrinin
bəndəliyin-də səmimiyyətin artmasına ixtisas səmti tapmış idi. Beyt:
Hər kim bəndəliyin səmimiyyət
qandalında,
baş vurdu yüksəyə
başıaşağılıqdan.
Şeyx İbrahim padşahanə
əhvin ortaya çıxması üçün Onu qədim xilafət taxtının
ayağına gətirdi və astana öpmək izzətinə çatdırdı.
Seydi Əhməd tabe olmaq zəmininin (– məfhumunun) ədəb dodağı ilə busə verdi və
Şeyx İbrahim Onun cərimələrinin əfvini[, yəni ləğv edilməsini]
padşahanə mərhəmətlər hamisindən (–Ə. T.-dan) xahiş etdi və Həzrət Sahibqiranın
mərhəməti Onun təqsirat «naxış»larını əhv və gözyumma «yazısı» ilə ləğv
edib, [Onu] əzizlənmək və nəvaziş siniflərində başıuca etdi və atasının
mənsəb və məqamı Ona əta edildi. Şeyx İbrahim çoxlu savəri (– məcburi «bəxşiş») gətirib
toy tərtibi ilə məşğul oldu; və toy üçün o qədər at və qoyun kəsmiş idi ki, mətbəxçilər onu bişirməkdə aciz qaldılar və tavaçilər (–orduda yüksək rütbəli əmirlər) onu
ləşgərə qismət etdirib (–paylatdırıb) hamısını
bişirditdilər və toy günü [hamının həmin bişmiş
ətlə təmin olunması işini] bakavullara (– orduda təchizat işi ilə
məşğul olan məmurlara) tapşırdılar; və digər bayram vasitələrinin məcmusu
onun [, yəni bu tədbirin] özünə daxil idi; və bu peşkəşlərdən sonra
canlı ov heyvanları növləri və qulamlar və cariyələr və növbənöv qumaşlar və paltarlar və sənətkar cəbaları (– vergiləri) və silahlar və
qeyrilərdən və o cümlədən, altı min at çəkdi…[27]
Həmən qışda – səkkiz yüz ikinci ildə (– noyabr 1399 –fevral 1400) ki,
Qarabağ bu ordugahdan nüsrət yuvası idi [Əmir
Teymur] gürcülər üzərinə
getmək niyyətini gerçəkləşdirmək istədi və [planlaşdırdığı basqında iştirak etmələri və bu
basqına hazırlaşmaları üçün] Şeyx İbrahim və Seydi Əhmədə xələt verdi və
əzizlənmək və nəvaziş siniflərinə məxsus edərək [geri qayıtmaq[28]] rüxsəti əta etdi və Cahan mütanın (– Ə. T.un) yarlığı
(– fərmanı) qüvvəyə mindi ki, o ləşgərin cəmisindən [hər[29]] on nəfərdən üç nəfər on günlük azuqə götürüb Göytüstan (– qüdrətli) məvkibin
qulluğunda olsunlar və qalan ləşgər və s.lər həmin yerdə dursunlar; və nüsrət şüar bayrağı bu zaman hifz edib, basqına
hazırlıq işi gördürüb bütün şahzadələrlə Onların vilayətinə üz tutdu; və elə
ki hümayun nüzul
edib Kür çayının sahilində düşərgə qurdular, Ələtabanın
lazimi fərmanı çıxdı ki, bütün qayıqları toplayıb çay
üzərində körpü bağlasınlar; və «şah və ordu» o körpüdən keçdilər; və Şeyx
İbrahim Şirvan ləşgəri ilə Əsrin zəfər mövkibinə qatıldı və Seydi Əhməd də qulluqda oldu; və [hümayun[30]] məvkib o
yerdən tərpənib, [Şəkinin
ortasından[31]] keçib Xəmşa
dərəsi tərəf ki kafirlərin[32] məkanları və sakin olduqları yer idi [ora] rəvan oldu; və o dərənin hamısı
cəngəlistan (– sıx meşəlik)…idi
...Aləm müta’
yarlıq qüvvəyə mindi və peşəsi zəfər ləşkərlər on günlik
yol[dakı] ağacları dəhrə və balta ilə
qırdılar və yol düzəltdilər elə ölçüdə ki beş-altı qoşun biri digərinin yanında
gedə bilsin və bu əyyam, iyirmi gün müddətində ara vermədən qar yağır və
yüksəkliklərdən yetiıib, müşk kimi [müddət-e[33]]bulud dağ və biyaban üzərində [ağ-appaq] xırda “kafur”
hazırlanır və elə ki İslam ləşgəri kafirlərin məhlə və məqamına bədbəxlik
aqibəti seyr etdi, firuzə kimi günbəzin altında qaziyanə
fikir və təhlilin zümzüməsini saldılar və cihad qılıncı intiqam qınından çıxarılılıb, qarın üzünü ki yer üstünə əsl pərdə tutmuş
idi, dinsizlərin qanından, üzü qeyrətli lalə və ərğəvan
(– qırmızı bir gül
adı) etdilər; hər kim tapılmış oldu, aman tapmadı və hər kim aşkara çıxdı,
aşkarda qalmadı və Xəmşa ki o ölmüş məlunların
başçısı və [onlardan] faydalanan...
(Quran ayəsi) O, idi, acizlik və qorxudan tərk-e xanuman olub fərar...
etdirdi; dünya şanlı əsgərlər Onun tələbində Aq
su dərəsinədək yüyürdülər və kifayət qədər inək-qoyun və cins mallardan
qeyrilərini qənimət götürərlər və elə ki Xəmşa şir şikar
edən mücahidlərin qarşısından çaqqal kimi meşənin içinə qaçdı Din pənahın qoşunuı cəhənnəmliklərin evlərini odladı və kəndləri talan
və qarətin sər-sər [küləy]i ilə
viran qoydular; beyt:
Sakinlər
cəhənnəm içində və məskən atəşdə yanıb,
millətin çöhrəsi qazilərin fəthindən odlanıb.
Və necə ki o yoldan azmışların eyşi
badəsiz ötüşmürdü və Onların kişi və qadın
və uşaqlarıı [da] buna vərdiş etmiş idilər; bu qayə ilə ki,
hər kim ölür; beyt:
Vəsiyyətidir ki: mənim ruhum bədənimdən
çıxanda,
mey
və şənlik olsun və bir də, yaxşı tənəkdən düzəldilmiş tabut!
şərabsız dəfn etdirmirdilər və
kafirləri zərərə salmaq və Onların eyşini azaltmaq üçün ki, iqtibas:..
(Quran ayəsi)... ali əmr oldu ta bağat və bostanlaradək Zəfər qərin ləşgərə paylansın və bütün
uca dağların hamısına çıxıb şeytan əməli
[olan] tənəkləri ki məstedici badə ümidi ilə bəslənmiş idilər əllə məhv etdilər
və digər ağacların bəzisıni kəsdilər və bəzisinin
qabığını soydular və o yerlərin …və… kilsələr ki ibadət o məhsullarsız
qeyri-məqbul, yerlə bərabər etdilər və gündən-günə artan qüdrətin qəribə
təsadüfləri: Həzrət sahib qiran, sabiq qış ilində ki Bars ili idi, [həmin vaxt] Hindistan ölkəsi və Dehli və Qanq
çayı yerləri və ətrafında qəza edir və bütxanələri dağıdır[dısa] və bu qışda Dovşan ili ki, bir il
müddət [hələ] tamam olamayıb, Cürcüstan vilayətində cihadla məşğul idi və kəlisələri dağıdır və..; beyt:…
Sənin Büraq əzmin ki bir kam götürmüşdür Hinddən, ….
Doğrusu ki, əgər İsgəndər oldun, qüdrət atını
bu uzunluq və endə min yerə…[çapdın]
və əgər daban-dabana ta [günbatan yerin] altınadək …[çıxmaq üçün]
mücərrəd əhdin məsafəsinin qətindən kənara
çıxmadın; beyt:
Biri üçün yardım zamanı köməkçidir,
onun
hekayəti digər halətdir.
Kafirlər Nüsrət
bayraqların, Xəmşa dərəsi qəzavatının
(oxu: toqquşmasının!)
başa çatmasından geri dönən kimi mübarizlər cihad meydanında bir aya yaxın o ölkənən eniş və yoxuşlarını minik heyvanlarının
dırnaqlarının ağalıq və istilasına tapşıralar və
kafirlərin aznaurlarından və dinsizlərin …[döyüşçülərindən]
dən ələ keçənləri od saçan iti qılıncla birdəfəlik, cəhənnəmin dibinə
göndərdilər və Onların hakimləri Xəmşa, avara və səsi
çıxmayan oldu və kafirlərin diyarı həddindən artıq viranlıq tapdı və o zamanda
havanın soyuqluğunun şiddəti həddini keçmiş idi və yollar qarın çoxluğundan
keçilməz olmuşdu; nəzm:…
Və elə ki neçə gün müddət keçib və bu
vasitə ilə ləşgərlər üçün azuqə tapa bilmədilər və
atlar üçün ağac qabıqlarından qeyri yemək qalmadı, beləcə, dördayaqlılardan çoxu tələf oldu, Həzrət sahib
qiran qayıtmağa qərar verdi və Kür çayından keçib… [34] [Qarabağdakı düşərgəsinə üz tutdu].
^^^^^^^^^^^^
"Səkinin səsi" qəzetinin RSS
Xəbərləri
* * |
"Səki
tarixi" saytının RSS Xəbərləri
* * |
Bu səhifənin Google Page Rankı:
** **
history Sheki ; История Шеки ; Seki tarihi ; Səki tarixi
saytının Ana səhifəsi >>>
Saygaclar: 1. 2. 3. : 4.
5. 6. 7.
Bu
reklamlara baxsanız bizə də xeyir verərsiz!
*
*
Veb
Kataloq Səki "Səkinin səsi”
qəzeti
*
Bizimlə
əlaqə: shekitarixi@gmail.com
^^^^^^^^^^^^^^^^^^^^^^^^^ ^^^^^^^^^^^^
[1] Bu nəşrlə tanış ola
bilməmişik.
[2]
Mətndə: معُرب şəklində idi və cümlənin müvafiq hissəsini ən
yaxşı halda belə
tərcümə etmək mümkün
idi: Elə ki ərəbləş(diril)miş
(–üaxud: ərəbdən dönmüş) Şəki vilayəti hümayun məvkibin
çadırları oldu,… Göründüyü kimi ifadə düzgün alınmır – necə ki, vilayət çadır
ola bilməz! Lakin Zəfərnamə mətninin bir neçə yerində şablon ifadə: مَضِْرب خِيْام işlədildiyinə görə (Bax: Шарафуддин Али Яздий
(1972) səh. 270a; 341b; 352a ). biz dəqiqləşdirə
bildik ki, əslində burada da elə – مَضِْرب (– qurulan
yer) yazılmalı idi, sadəcə, katib tərəfindən nöqtə və hərəkə xətalarına yol
verilmişdir; və bundan başqa, həmin
hekayəti Ş. Ə. Yəzdidən öz Rövzət üs-səfa’sına
köçürmüş Mirxond da müvafiq yerdə eyni sözün sinonimi olan – نصب işlətmişdir (Bax: ميرخواند،
(۱۲۷۱) səh. 45).
[3]
N. Şamidə: ta ləkziləri
(–ləzgilər yaşayan yerlərə qədərki
əraziləri, yaxud
ləzgilər
yaşayan yerləri də) qarət etsinlər. Mümkündür ki, bu hadisə indiki Şəki şəhərindən bir qədər şimalda baş verib. Amma
Şəkiyə hücum, payızın sonuna təsadüf etdiyindən Əmir Teymur ləzgilərlə Şəki düzlərində də qarşılaşa
bilərdi. Belə ki, məhz, həmin mövsümdə, Dağıstanda yaşayan ləzgilərin bir qismi
– əsasən Samur çayının orta hövzəsində məskunlaşanlar, öz qoyun-quzularını Şəki
düzlərinə endirirlər. Məsələn, 19-cu əsrin əvvəllərində tərtib olunmuş sənədə
əsasən ləzgilər bu iş üçün həmin vaxt Şəki xanına müvafiq vergi də
ödəyirlərmiş. (Bax: Камеральное описание жителей города Нухи и
Шекинской провинции за 1824 год…, səh. 70)
Hal-hazırda Şəki şəhərinin xeyli
ləzgi sakini var və Şəki, Oğuz, Qəbələ rayonlaprında
da ləzgi kəndləri mövcuddur. Amma Şəki şəhərində yaşayan ləzgilərin əksəriyyəti
və Şəki rayonunun bəzi kəndlərində yaşayan bir çox ləzgilər son 30-35 il
ərzində Rutul
rayonunun (RF, Dağıstan MR) Xnauli (–Xnov) kəndindən köçüb
gələnlər, yaxud onların övladlarıdır. Şəki, Oğuz və Qəbələ rayonlarındakı ən
köhnə ləzgi kəndlərində yaşayanlardan əksəriyyətinin əcdadlarını isə bura Şəki
xanı Məhəmmədhəsən xan (– fasilələrlə hakimiyyətdə
olub: 1784 – 1804) Dağıstan, yaxud Quba
xanlığı ərazisindən köçürmüşdür.
[5]
Mətndə:
şəklindədir. Fikrimizcə, bu Zaxur’a (– Orta əsr gürcü mənbələrindəki Tsukuti’yə)
– indiki Şəki şəhərindən bir qədər şimal-qərbdə, Samur
çayının yuxarı hövzəsində yerləşən tarixi vilayətin adına uyğun gəlir. Mirxondda: (–Zayif)
(Bax: ميرخواند، (۱۲۷۱) səh.
45).
[9] Шарафуддин Али
Яздий (1972) səh. 181b – 182a; Göründüyü kimi bu
hadisələr barədə N. Şamiyə nisbətən Ş. Ə.
Yəzdidən gətirdiyimiz iqtibas həcmcə xeyli çox olsa
da, keyfiyyətcə, heç də o qədər üstün deyil.
[14] Шарафуддин Али
Яздий (1972) səh. 270a/b; Bu dəfə
eyni hadisə barədə hər iki müəllifdən gətirdiyimiz
iqtibas nə həcmcə və nə də məzmunca bir-birindən o qədər də fərqlənmir. Müqayisə
etməyə dəyəsi yeganə şey isə budur ki, Ş. Ə. Yəzdidə
olan el və vilayət-e Bərtaz, yaxud dağ və çöl Bərtaz ifadələrinə
N. Şamidə tasadüf etmirik.
[16] 1824-cü ildə tərtib edilmiş siyahıyaalma sənədində Şəki əyalətinin şimal-şərqində ya-şayan provoslav məzhəbli udinlərin
miliyyəti «gürcü», qriqoryan məzhəblilərinki isə «erməni» kimi göstərilib.13
O cümlədən, həmin sənəddə Sultan-Nuxa kəndinin (–Qutqaşın mahalı) nə udin, nə erməni və nə də gürcü dilini bilməyən və yalnız türkcə (–oxu:
azərbaycanca!) danışan qriqoryan məzhəbli sakinlərinin
milliyyəti də «erməni» kimi göstərilir.13. 4 Ona və digər şeylə-rə
(–hansılar ki, biz hələ bir qədər sonra bəhs edəcəyik) görə belə bir mülahizə də
irəli sürmək mümkündür ki, yuxarıda «gürcü» adlananların bir qismi və ya hamısı
bəlkə də gürcü yox, əs-lində, o vaxtlar Şəki ölkəsinin
şimalında yaşamış provoslav məzhəbli xristianlar idi.
[21] Cümlənin bu hissəsi bizim tərəfimizdən, İbn Ərəbşaha
istinadən (Bax: səh.66 ابن
عربشاه،( ١٢٣٩) ) əlavə edilib. Məqsədimiz
hadisəni bir qədər də canlandırmaq, mətni informasiya cəhətdən daha da zənginləşdirməkdir.
[23]
Əlyazmada:
Bu şir (Kəlilə
və Dimnə-dən?), yaxud
Əsəd adlı hansıa şəxs haqqında olan ərəbcə
ibarədir.
[25] Kvadrat mötərizə içindəki hissə Tehran nəşrindəndir. Daşkənd əlyazmasında yoxdur.