Ey ağalar, düşdüm təxtü-tacımdan,
Dağıldı nökərim, həm malım mənim.
Neçə kərə əzmi-səfər eylədim,
Tərsə təbdil oldu iqbalım mənim.
***
Fələk bükdü belim, oxşatdı yaya,
Axıtdı yaşımı döndərdi çaya,
Axır gündə ömrüm keçdi ah-vaya,
Lap pərişan oldu əhvalım mənim.
***
Oldum zarü-giryan, vardım hər yana,
Bir kimsənə imdad qılmadı mənə,
Müzəyyən otağım qaldı düşmənə,
Tarac oldu taxtım, həm malım mənim.
***
Qırıldı bəylərim, cümlə havadar,
Üzüldü, əlimdən getdi ixtiyar,
Məclisimdə sayılmayan adamlar
Geydilər atlasım, həm şalım mənim.
***
Nuxalı eylədi canım qəsdimi,
Yığılıb yer-yerdən tutdular məni,
Kəsdi yağı cəllad başım üstünü,
Yetdi yaman yerə, vay halım mənim.
***
Üz tutdum, çağırdın o zülcəlalı,
Muradım əksini mən gördüm, vəli.
Xəstə Müştaqi’yəm, qaldı üzülü
Əziz balam sarı, ah, əlim mənim!
********
Hüseyn xanın əyyami-hökuməti iyirmi iki il olduqda, Hacı Əbdülqadir fürsət tapıb, qəflətən bir gün məxfi gəlib, yanında olan Ərəş və Şəki bəyləri ilə. Ərəş bəylərindən yanında olan bəylər Məlik Əlinin əqrəbalarından imiş, hansı ki Məlik Əlini qətlə yetirməkli ədavətinə. Şəkidən olan bəylər Hacı Şeyx Əli nəslindən olub, onların da Hacı Rəsul bəy ki, Hacı Şeyx Əlinin oğlu və (Məhəmmədhüseyn xanın) yeznəsidir, bunu qətlə yetirməyi cəhətindən kinədar olublar imış. Hacı Rəsul bəyi qətl etməyinə bağışladar ki, mərhumda Hüseyn xanın həmşirəsi (–yəni: bacısı) olub və Hüseyn xan bacısına hörmət edərmiş və amma Hacı Rəsulun qəlbindən xanlıq keçirmiş. Bir gecə öz hərəminə – xanın həmşirəsidir, söhbətində sual edir ki sən xan həmşirəsi olmaq, yaxud xan hərəmi olmaq istərsən? Hərəmi nə cavab veribsə naməlumdur. Ancaq məxfi, qardaşı xana bu keyfiyyəti xəbər edib. Xan xəbərdar olduqda Hacı Rəsul bəyin hərəkətinə diqqət edib görür ki, həqiqətən də xanlıq tədarükündədir. Bir gün hüzuruna tələb edib boğdurmaq ilə qətlə yetirir.
Əz an in cümlə (–yəni: o cümlədən), ismi məlum Zaman bəy də (?) bu ittifaqda ki, cümlətani ki altmış adam olurlar, gecə ilən gəlib dağda gizlənib səhərdən. Adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxtda qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi) bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər. Bu vaxt xan da hərəmxanasına mütəssil (–yəni: bitişik) qurğuşunlu otaqda imiş. Bu əhvalatdan xəbərdar olub, içəridən qapıları bağladıqdan sonra bunlar ilə atışmaq başlayır. Ancaq yanında ikinci oğlu Fətəli xan uşaq, tüfəng doldurub verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirtdəndən sonra, özünə yara yerləşib, ixtiyardan düşür. Axirələmür (–yəni: nəhayət), qapını sındırıb və xanı qətlə yetiriblər (Bu səhvdir! Əslində onu bir həftə saxladıqdan sonra edam etmışdilər. Bax: M. V. Vidadinin müvafiq müxəmməsinə). Xan vəfat etmiş, Səki əhli xəbərdar olub bir parası qalaya hücum edirlər, qapını bağlı görüb. Və içəridən düşmüş adamları cavab verirlər ki xan qətlə yetişibdir və Hacı Əbdülqadir taxtda əyləşib, bir nəsildir, siz əbəs yerə səy edib təzə xana asi olmayın. Bu söz ilə əhli-Şəki rücu’ (yəni:–dağılışmaq) edirlər və xan da vəfat edir: tarix-i min yüz doxsan dörddə, hicrətdə (–yəni: 1780-cı ildə).
Aydın Məmmədov
<<< Ana səhifə