Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günü onun ana yurdu Şəkidə də geniş qeyd olunmuşdur. O, bu dünyaya gəlişi ilə Azərbaycan tarixinə böyük yeniliklər, orijinallıqlar gətirmiş, onun "səhifə"lərinə özünün əsl vətənpərvərlik dəst-xəttini yazmışdır. Bütün bu deyilənlər isə onun barəsində yaxın tariximizin verdiyi ən yüksək qiymətdir. Çingiz Mustafayev öhdəsinə təkcə informasiya çatdırmaq missiyasını götürməmişdi. Daha doğrusu, peşə borcunu yerinə yetirərkən hisslərini, emosiyalarını özündən asılı olmayaraq heç vaxt cilovlaya bilmirdi. O vaxtın televiziya jurnalistikasına daha bir yenilik gətirməyə müvəffəq olmuşdu: geyimindən tutmuş danışıq tərzinə qədər tam sərbəst idi.
Çingizin müharibəyə qədərki fəaliyyəti özünün çox maraqlılığı və orijinallığı ilə seçilirdi. O, Azərbaycanda ilk diskoteka məktəbi yaratmış, ona necə deyərlər, başçılıq etmişdi. Burada musiqilər bəstələnir, mahnılar səsləndirilirdi. Bir sözlə, böyük enerjiyə malik Çingiz Mustafayev daim yeniliklər axtarışında olurdu.
Şəkillər Milli qəhrəman Çingiz Mustafayevin ad gününü sevinclə bayram etdilər. Onun adını daşıyan "Çingiz klubu"nda keçirilən tədbirdə Milli Qəhrəmanın həyatını və peşə fəaliyyətini, döyüş yolunu əks etdirən film və kompozisiya nümayiş etdirildi. Eyni zamanda şəhərdə və rayonda yeni tikilən bəzi obyektlərə, məktəblərə Milli Qəhrəmanın adının verilməsi barədə təşəbbüslər irəli sürüldü.
Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin 47 yaşı tamam olmuşdur. Bu gün Şəkidə, Çingizin ana yurdunda – onun adını daşıyan klubun əsas vəzifəsi uşaqlarda, yeniyetmələrdə və gənclərdə əsl vətənpərvərlik hissləri aşılamaq, gənc nəslə Çingiz kimi torpaqlarımızın azadlığı uğrunda canlarını qurban edənlərin ideyalarını, arzularını yaymaq və hər kəsdə milli qürur hissini gücləndirməkdir.
Bu günlərdə "Çingiz klub"unda şəkililər daha bir bayram yaşadılar. Azərbaycanın tanınmış incəsənət ustaları – xalq artisti İlhamə xanım, əməkdar artist Azəri, bəstəkar-müğənni Elza xanım Milli Qəhrəmanımızın ad gününə qatılmışdılar. Sevincdən gözü yaşaran kimi, qəhər boğan və sadəcə rəqs edən, əl çalan kim. O gün lap "yuxarı"da dayanıb bu "mənzərə"ni seyr edən bir "nəfər" də vardı. Bu da Çingizin özü – daha doğrusu onun ad günü idi. Çingiz həmin gün hər bir şəkilinin əhval-ruhiyyəsinə "hakim" kəsilmişdi. Rəqs, rəsm dərnəyinə, Şəkinin qədim tarixini əks etdirən muzeyə malik olan "Çingiz klubu" öz eksponatlarının sayını yeni çəkilmiş xatirə şəkilləri ilə daha da zənginləşdirdi.
Çingiz Azərbaycanın Milli Qəhrəmanıdır. O, bütün azəri vətəndaşlarına sağlığında həyatı, Vətənini sevməyi və müxtəlif dəyərlərə böyük əhəmiyyət verməyi öyrədirdi. O, həmişə bizlərə lazım gələrsə, Vətən uğrunda ölməyin müqəddəsliyini başa salırdı. Əlbəttə, əsrlər boyunca insanlar dünyaya gəlmiş və dünyanı tərk etmişlər. Amma, ölüm Çingizi öz ağuşuna alanda, o fəaliyyətinin ən yüksək "zirvə"sində idi. Onun gördüyü işləri həyata keçirmək Çingizdən xüsusi bacarıq, cəsarət tələb edirdi.
Bəli, bizim arzumuzdan asılı olmayaraq tarix yenidən təkrarlanır. Bir zamanlar atası Fuad müəllim özünün həyatdan nakam köçmüş qardaşı Çingiz Seyfulla oğlu Mustafayevin adını bu "körpə"yə vermişdi. Əmisinin yolu ilə gedən Vahid müəllim də həmin "hadisə"ni təkrarladı. Mərhum qardaşının – Çingiz Fuad oğlu Mustafayevin adını öz oğluna verdi.
Deməli, bu gün də Çingizlər yetişir, doğulur, böyüyür, bundan sonra da zaman-zaman yetişəcəklər. Nə qədər bu millətin qanında yurd sevgisi, torpaq yanğısı, Vətən eşqi var, tarix zamanla əl-ələ verib Çingizlərin də, Osman Mirzəyevlərin də yeni-yeni "dəstə"lərini yetişdirəcəkdir.
ÇİNGİZ MUSTAFAYEVİN UŞAQLIQ, YENİYETMƏ İLLƏRİNİ VƏ İGİDLİKLƏRLƏ DOLU DÖYÜŞ YOLUNU ƏKS ETDİRƏN FİLM NÜMAYİŞ ETDİRİLDİ VƏ KONSERT VERİLDİ
Milli Qəhrəman Çingiz Mustafayevin ad gününə dəvət olunan qonaqlar əvvəlcə klubun birinci mərtəbəsində təşkil olunmuş muzeyə və rəsm qalereyasına baxdılar. Həmin vaxt foyedə Azərinin "Azərbaycan" mahnısı səslənirdi. Sonra qonaqlar teatr zalına keçdilər.
Səhnə və qaranlıq zal. Klassik musiqi səslənirdi. Səhnədə Ç. Mustafayevin 2 böyük şəkli qoyulmuşdu. Biri uşaqlıq, digəri gənclik illərini əks etdirirdi. Hər iki
