Şəki Şəhər İcra Hakimiyyətində bu ilki qəbul imtahanlarından yüksək bilik nümayiş etdirərək ölkəmizin müxtəlif ali məktəblərinə daxil olmuş tələbələrlə şəhər rəhbərliyinin görüşü olmuşdur.

Təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin valideynlərin qatıldığı bu tədbiri açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov gəncləri tələbə adına layiq görülmələri münasibətilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.

Görüşdə qəbul imtahanlarında Şəki məzunlarının göstərdiyi nəticələr barədə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Firədun İbrahimov məlumat vermişdir.

 

 

ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ MÜƏLLİMLƏRİN SENTYABR MÜŞAVİRƏSİNDƏ BU İL ALİ MƏKTƏBLƏRƏ DAXİL OLMUŞ ŞƏKİLİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞLƏR KEÇİRİLMİŞDİR

Şəki Şəhər İcra Hakimiyyətində    rayon müəllimlərinin sentyabr müşavirəsində bu ilki qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək respublikamızın ali məktəblərinə daxil olmuş tələbələrlə görüşlər keçirilmişdir.

Təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin valideynlərin qatıldığı ilki tədbiri açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov gəncləri tələbə adına layiq görülmələri münasibətilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.

Qəbul imtahanlarında Şəki məzunlarının göstərdikləri nəticələr barədə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Firədun İbrahimov məlumat vermişdir. Bildirilmişdir ki, bu il test imtahanlarında iştirak etmiş 1.660 məzundan 352 nəfəri ali məktəb tələbəsi adını qazanmışdır. Onlardan 254 nəfəri 2006-2007-ci illərdə orta məktəbi bitirən gənclər, 98 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Tələbə adını qazananların 45 nəfəri 500-dən, 21 nəfəri isə 600-dən çox bal toplamışdır.

Hər iki  görüşdə çıxış edən tələbələr, valideynlər, müəllimlər Azərbaycan təhsilinin inkişafına gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi yüksək diqqət qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara hədiyyələr pul mükafatları verilmişdir.

 

Mustafa DADAŞOV.

 

 

600-DƏN YUXARI BAL TOPLAYARAQ ÖLKƏNİN MÜXTƏLİF ALİ MƏKTƏBLƏRİNƏ DAXİL OLMUŞ HƏMYERLİLƏRİMİZ 

Şəki müəllimlərinin sentyabr müşavirəsində bu ilki qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək 600-dən yuxarı bal toplayaraq ölkənin ali məktəblərinə qəbul olunmuş gənclərlə görüş keçirilmişdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova şəhər təhsil şöbəsinin müdiri Firədun İbrahimov konfrans nümayəndələri adından tələbə adına layiq görülməsi münasibətilə onları təbrik etmiş, mükafatlandırmış hər birinə təhsildə yeni uğurlar arzulamışlar.

 

TANINMIŞ JURNALİST MƏHYƏDDİN ABBASOVUNİKİ NƏVƏSİAYSEL ANAR  ƏN YÜKSƏK BALLA UNİVERSİTET TƏLƏBƏSİ ADINA LAYİQ GÖRÜLMÜŞLƏR

 

Hər il olduğu kimi, bu il respublikamızda ali məktəblərə qəbul imtahanları keçirildi. Minlərlə abituriyent tələbə adı qazanmaq uğrunda aparılan "bilik mübarizəsi"ndə iştirak etmək üçün Azərbaycanın paytaxtı Bakıda, gənclər şəhəri Sumqayıtda Naxçıvan Muxtar  Respublikasında qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulan təhsil müəssisələrinə üz tutdu. İmtahanda Abbasovlar ailəsinin iki üzvüAbbasova Aysel Bakıxan qızı Abbasov Anar İftixar oğlu da iştirak edirdi.

Abbasovlar ailəsi Ayselin Anarın yüksək biliyinə onların hər ikisinin ali məktəbə qəbul olacağına əmin olsalar da, yenə imtahanın nəticələrini böyük həyəcan səbirsizliklə gözləyirdilər.

Bir müddət sonra imtahanın nəticələri elan olundu. Aysel Anar ailə üzvlərinin, yaxınlarının müəllimlərinin ümidlərini doğrultdular. Hər ikisi yüksək nəticə göstərərək tələbə adını qazandılar. Aysel 625 balla Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsinə, Anar isə 597 balla Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi kibernetika" fakültəsinə qəbul oldu. Onların belə yüksək bilik nümayiş etdirmələri heç kimdə təəccüb hissi doğurmadı. Çünki bu yeniyetmələr Şəkinin adlı-sanlı ziyalısı olan Məhyəddin Abbasovun nəvələri idi.

Xalqını, Vətənini sevən, millətinin savadlı formalaşması dərin dünyagörüşünə malik olması üçün ömrü boyu çalışan əsl vətənpərvər Məhyəddin Abbasov İkinci Vətən Müharibəsində böyük şücaət göstərmiş, ölkəni faşizmin caynağından xilas etmək üçün var gücü ilə döyüşmüş, 1944- ilin yanvarında, ağır döyüşlərdən birində sol qolunu itirmiş, Vətən müharibəsi əlili kimi Şəkiyə dönmüşdü.

Jurnalistikaya olan sonsuz marağı  onu "