ŞƏKİDƏ ŞƏHƏR, QƏSƏBƏ VƏ KƏND BƏLƏDİYYƏLƏRİÜZRƏ KEÇİRİLƏN “AZƏRBAYCANDA YERLİ DEMOKRATİYA HƏFTƏSİ”NƏ YEKUN VURULMUŞDUR
Xatırladaq ki, Müəllimlər İnstitutu Şəki Filialının akt zalında Prezidentin İcra Aparatı Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinin və Azərbaycan Kənd Bələdiyyələri Milli Assosasiyasının təşkilatçılığı ilə “Azərbaycanda yerli demokratiya həftəsi”nə hazırlıqla əlaqədar Şəkinin bütün şəhər, qəsəbə və kənd bələdiyyəsi sədrlərinin iştirakçı ilə müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosasiyasının sədri Əbülfəz Babayev qeyd etmişdir ki, Avropaya fəal inteqrasiya yolu tutmuş respublikamızın demokratiya ənənələrini dəstəkləməsi təbii qarşılanmalıdır. Natiq bildirmişdir ki, Milli Assosasiyalar noyabrın 5-dən 11-dək “Azərbaycanda yerli demokratiya həftəsi”nin keçi- rilməsi təklifi ilə çıxış etmişlər.
Sədr ilk öncə bu müşavirənin məqsədi barədə qısaca məlumat vermiş və
bildirmişdi ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, müasir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən yerli özünüidarəetmə, getdikcə daha çox demokratik əsaslara yiyələnməkdədir. Həyata keçirilən siyasətin əsas məqsədi vətəndaşların fəallığını artırmaqla, bələdiyyələrin fəaliyyətini demokratik prinsiplərə yönəltməkdən ibarətdir.
Azərbaycan Kənd Bələdiyyəsi Milli Assosasiyasının icra katibi Əli Mehdiyev məruzə ilə çıxış edərkən.
Milli assosasiyalar son vaxtlar bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi və qarşıya çıxan problemlərin həllinə birgə nail olmaq məqsədi ilə konkret tədbirlər hazırlayıb həyata keçirməyə başlamışlar. Belə ki, 2007-ci ilin aprel ayında rayonlarda bələdiyyə sədrlərinin rayon toplantıları, iyun ayının 27-də isə bələdiyyə sədrinin ümumrespublika toplantısı keçirilmişdir. Toplantılarda bələdiyyə- lərin fəaliyyətinin təkmilləşdirilməsi, mövcud problemlərin həlli yollarının müəyyən edilməsi məsələləri müzakirə edilmişdir. Respublikanın bütün bələdiyyələri “Bir bələdiyyə – azı bir layihə” təşəbbüsünə qoşu- laraq müəyyən etdikləri layihələrin icrası ilə bağlı tədbirlər görür. Çalışmaq lazımdır ki, “Həftə” ərzində keçirilən tədbirlərdə vətəndaşların fəal iştirakı təmin olunsun, bələdiy- yələrin fəaliyyətində demokratik prinsiplərin gücləndirilməsinə üstünlük verilsin. Bələdiyyələrin işində əhalinin iştirakının vacibliyini nəzərə alaraq, yerli özünüidarəetməyə vətən- daşların maraqlarının artırılmasına nail olmalıyıq. Bundan sonra da vətən- daşlar bələdiyyələrə gəlib öz problem və təkliflərini bildirməlidirlər. Lakin “Həftə” ərzində çalışmaq lazımdır ki, təkcə ayrı-ayrı vətəndaşlar yox, onların böyük kütləsi əhatə olunsun. “Həftə”nin keçirilməsi ilə bələdiyyələr öz işini bitmiş hesab etməsinlər, bu işi öz daimi fəaliyyət proqramına çevirsinlər. Beynəlxalq təcrübə də onu sübut edir ki, hansı bələdiyyə bu prinsiplərə əməl edirsə, onun işi də uğurla davam edir.
Sonra gündəlikdə duran məsələ barədə məruzə etmək üçün söz Milli Assosasiyasının icra katibi Əli Mehdiyevə verilmişdir.
Məruzə ətrafında başlanan müza- kirələrdə Şəkinin şəhər, qəsəbə və rayonun kənd bələdiyyələrinin sədrləri söz alıb danışmışdılar.
________________________
R.S. Aldığımız son məlumata görə, o gündən Şəkinin bələdiyyələri təcili surətdə hazırlıq işlərinə qatılmışlar.
“Həftə” ərzində bələdiyyələrlə vətəndaşların sıx əlaqəsinin qurulması üçün “qaynar telefon xətti”, bələdiyyə poçtu” qutusu, bələdiyyə qarşısında lövhələr tez bir zamanda hazırlanmış və bu işlərin icrası vaxtında təmin olunmuşdur. “Həftə” ərzində istifadə olunan şüarların siyahısı əldə edilmiş, onlardan iki- üçü seçilib yazılmış, yaxşı görünən yerlərdən asılmışdır.
Adı çəkilən müşavirədən sonra hər yerdə bələdiyyə iclasıları çağırılmış, qarşıya qoyulan məsəllər bələdiyyə üzvləri ilə bir daha müzakirə edilmiş, onların arasında iş bölgüsü müəyyənləşdirilmişdir. Həmçinin şəhər və kənd ərazilərində vətəndaşlarla keçirilmiş görüşlərdə onlara yığcam, konkret və anlaşılan hesabatlar verilmişdir. Ümumiy- yətlə, noyabr ayının 5-dən 11-dək Şəkinin şəhər, qəsəbə və kənd bələdiyyələrinin əksəriyyətində “Həftə” uğurla başa çatdırılmışdır.
Keçirilmiş görüşlər və görülmüş işlər haqqında assosasiyaya rəsmi məlumatlar verilmişdir.
Şəki Şəhər İcra hakimiyyətinin başçısı Nazim İbrahimov müx- birimizlə müsahibə zamanı razılıq hissilə bildirmişdir ki, həftə ərzində təşkil edilən “Açıq qapı” günləri, əhali ilə görüşlər və digər tədbirlər Şəki bələdiyyələrinin fəaliyyətinin demokratik prinsiplər əsasınla gücləndirilməsində mühüm rol oynayacaqdır.
“ŞƏKİNİN SƏSİ”
------------------------------------------------------------------------------------------------------
TƏBRİK EDİRİK!
MİLLƏT VƏKİLİ HADİ RƏCƏBLİ «ŞÖHRƏT» ORDENİ İLƏ TƏLTİF EDİLMİŞDİR
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə millət vəkili Hadi Rəcəbli respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Xatarıladaq ki, Hadi müəllim eyni zamanda “Şəkinin səsi” qəzeti redaksiya heyətinin üzvüdür.
Qəzetimizin çoxsaylı oxucuları adından hörmətli Hadi Rəcəblinin yüksək mükafatla təltif olunması münasibətilə təbrik edir, möhkəm can sağlığı, gələcək işlərində yeni uğurlar arzulayır və ona göstərilən bu diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkürümüzü çatdırırıq.
“ŞƏKİNİN SƏSİ”
------------------------------------------------------------------------------------------------------
22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜDÜR
ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI NAZİM İBRAHİMOVUN ŞƏKİ RAYON MƏHKƏMƏSİNİN SƏDRİ MEHMAN NURİYEVƏ ÜNVANLADIĞI
TƏBRİK MƏKTUBU
Çox hörmətli Mehman müəllim!
İcazə verin, Sizi və Sizin simanızda sədri olduğunuz Şəki Məhkəməsinin kollektivini, həmçinin Şəki Regional Apelyasiya Məhkəməsinin hakimlərini, Şəkidə fəaliyyət göstərən Vətəndaşlıq Vəziyyəti Aktları Dövlət Qeydiyyatı Şöbəsinin, 1 və 2 saylı Notariat kontorlarının və Məhkəmə icraçıları bölməsinin bütün əmək- daşlarını 22 noyabr - Azərbaycan Respublikasının Ədliyyə işçilərinin peşə bayramı münasibətilə təbrik edim, hamınıza can sağlığı, səadət və işlərinizdə yeni uğurlar arzulayım.
Məlumdur ki, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hər yerində olduğu kimi, Şəkidə də hüquqi dövlət quruculuğu istiqamətində mühüm işlər görülmüş və vacib addımlar atılmışdır. Görülən tədbirlər arasında hüquqi islahatların müvəffəqiyyətlə aparılmasında söz yox ki, hörmətli Ədliyyə nazirimiz Fikrət Məmmədovun yüksək peşəkarlığı və rəhbərlik etdiyi qrumlara ardıcıl və gərgin əməyinin müstəsna yeri danılmazdır.
Möhkəm əminəm ki, rayonumuzun bütün müstəqil ədliyyə sistemi və hakim korpusu bundan sonra da “Heç bir cinayətkar cəzasız qalmamalı, təqsirsiz şəxs bəraət almalı, qanunun aliliyi təmin edilməlidir” prinsipi ilə işləyəcək, öz mənəvi saflığı və mənəvi paklığı, yüksək mənəvi keyfiyyətləri ilə sayılıb-seçiləcək, ölkənin ədliyyə işçiləri arasında öz layiqli yerlərini tutacaqlar.
Nazim İBRAHİMOV,
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı.
------------------------------------------------------------------------------------------------------
AZƏRBAYCAN ƏDLİYYƏSİ DÜNƏN VƏ BU GÜN
(MEHMAN NURİYEVLƏ MÜSAHİBƏ)
M. SALİS:
-Çox hörmətli Mehman müəllim, Sizi və sədri olduğunuz Şəki Rayon Məhkəməsinin bütün əməkdaşlarını "Şəkinin səsi" qəzeti redaksiya heyətinin və onun çoxsaylı oxucuları adından qarşıdan gələn peşə bayramınız müna- sibətilə təbrik etməklə, bilmək istərdik ki, bu peşə bayramınızın noyabrın 22-də qeyd olunması təsadüfi deyil ki?
-Sizin bu sualınıza hörmətli Ədliyyə nazirmiz Fikrət Məmmədovun belə bir hikmətli kəlamı ilə cavab verərdim: Respublikamızın Ədliyyə tarixində öyrənilməsi vacib olan məsələlər çoxdur. Azərbaycan hüquqşünaslarının ədliyyə tariximizə ehtiram ruhunda tərbiyə edilməsi, ədliyyə sisteminin keşməkeşli inkişaf yolunun öyrənilməsi eyni zamanda ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılmasına xidmət edən əsas işlərdən biri də ədliyyə işçilərinin peşə bayramı gününün təsis edilməsidir.
Bu məsələ ilk dəfə 2000-ci ildə Ədliyyə Nazirliyi kollegiyasının və Məhkəmə-Hüquq Şurasının müzakirəsinə çıxarılmış və 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün ölkə Prezidentinə müraciət olunması barədə qərar qəbul edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Ədliyyəsinə yüksək etimadının, xüsusi diqqət və qayğısının təzahürü olan 11 noyabr 2006-cı il tarixli sərəncamı ilə elə o vaxtdan - hər il noyabr ayının 22-nin Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi qərara alınmışdır. Heç şübhəsiz ki, bu, hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissilə qarşılanmışdır. Ədliyyə işçilərinin peşə bayramı gününün təsis edilməsi biz ədliyyə işçilərinə göstərilən yüksək etimad olmaqla, həm də hər birimizdən öz işimizi getdikcə təkmilləşdirməyi, məsuliyyət hissimizi gücləndirməyi, ədalət mühakiməsi - Azərbaycan Ədliyyəsinin adını daim uca tutmağı tələb edir.
M. SALİS:
-Hörmətli Mehman müəllim, Azərbaycan Ədliyyə sisteminin tarixi barədə oxucularımıza qısa məlumat verməyiniz də maraqlı olardı…
Mehman NURİYEV:
-Məmnuniyyətlə. İlk öncə çox əsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının Ədliyyə tarixinə nəzər salmalıyıq. Bu tarixin ən şərəfli anları məhz 1918-ci ildə - Azərbaycan Demokratik Respublikasının yaranması ilə bağlıdır. Azərbaycan Demokratik Respublikasında Ədliyyə Nazirliyi dövlətin yarandığı gün təsis edilmiş və öz işinə ilk növbədə ədalət mühakiməsinin təşkili ilə başlamışdır. Gərgin əmək nəticəsində məhkəmə aparatları bərpa edilmiş, hüquq ədəbiyyatı kitabxanası yaradılmış, 6 aylıq hüquq kursları təşkil edilmiş, dövlətin əsaslarının möhkəmlənməsinə xidmət edən qanun layihələri hazırlanaraq parlamentin müzakirəsinə çıxarılmışdır.
Bu da heç kəsə sirr deyil ki, 1920-ci ilin aprel ayında Azərbaycan Demokratik Respublikası, necə deyək, "işğal" olunduqdan sonra ölkənin varlığına son qoyulmuşdur. Hər bir dövlətdə hüquqa, ədalət mühakiməsinə münasibət həmin dövlətin mahiyyətinə uyğun olduğundan, Azərbaycanın işğalından sonra ədliyyə sistemimizdə "köklü" dəyişikliklər baş vermiş, bu orqanlar dəfələrlə ləğv edilmiş, yenidən yaradılmışdır. Hətta repressiya "aləm"i kimi istifadə etmək məqsədilə ona hədsiz səlahiyyətlər verilmiş və yaxud uzun dövr ərzində Ədliyyə Nazirliyinin təşkilinə belə ehtiyac bilinməmişdir.
Yalnız 1976-cı ildə Ədliyyə Nazirliyi yenidən və əsaslı surətdə təsis edildikdən sonra, Azərbaycanda ədliyyə işi təkmilləşdirilmiş, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır. Ədliyyə nazirliyinin ölkəmiz yenidən müstəqillik əldə etdikdən sonrakı inkişafı da məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
M. SALİS:
-Mehman müəllim, bu haqda da bir qədər danışın...
Mehman NURİYEV:
-Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra ölkədə həyata keçirilən köklü məhkəmə-hüquq islahatları nəticəsində Ədliyyə Nazirliyinin fəaliyyətində də əsaslı dəyişikliklər aparılmış, bu nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlarından birinə çevrilmiş və indiki cəmiyyət quruculuğunda onun rolu və əhəmiyyəti artmışdır. Həyata keçirilən islahatlara uyğun olaraq, Beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymət- ləndirilən yeni mütərəqqi qanunlar qəbul edilmiş, insan hüquqlarının daha etibarlı müdafiəsinə yönəlmiş əsl məhkəmə sistemi yaradılmış, hakimlər yeni qaydalarla, beynəlxalq standartlara uyğun test və müsabiqə üsulları ilə seçilərək, təyin edilməyə başlamışlar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi üçün bir çox tədbirlər görülmüş, o cümlədən hakimlər üçün maddi və sosial üstünlüklər müəyyən edilmişdir.
Qeyd etmək istərdim ki, ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Şəki Rayon Məhkəməsi kollektivinin Şəkinin hüquq-mühafizə orqanları əməkdaşları və şəhər ictimaiyyəti nümayəndələrinin birgə iştirakı ilə bayram yığıncağı keçiriləcək, həmin gün Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüləcək, xidmətdə fərqlənən işçilərimizin mükafatlandırılması və sair bu kimi digər tədbirlər həyata keçiriləcəkdir.
M. SALİS:
-Hörmətli məhkəmə sədri, "Ədliyyə" sözünün nə demək olduğu barədə oxucularımıza bir-iki gəlmə məlumat verməyinizi xahiş edirəm.
Mehman NURİYEV:
-"Ədliyyə" - ədalət sözündəndir. Ədalət mühakiməsini respublikamızda yalnız məhkəmələr həyata keçirirlər. Bu da o deməkdir ki, bizim hər birimiz ədalətli olmalı, hər bir məsələdə qanunun aliliyini sözsüz təmin etməliyik.
Fürsətdən istifadə edərək "Şəkinin səsi" qəzeti vasitəsilə Azərbaycanın Ədliyyə sistemində, o cümlədən bizim Şəki rayonunda çalışan bütün həmkarlarımızı qarşıdan gələn 22 noyabr - peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edir, onlara can sağlığı və işlərində uğurlar arzulayıram.

