Qarabağın dağlıq hissəsində baş verən hadisələri sadəcə olaraq soyuqqanlıqda izləmək mümkün deyildir. Çox təəssüf ki, münaqişənin ilk günlərində vəziyyətin belə bir faciəli şəkil alacağını dərk etməyən, yaxud dərk etmək istəməyən respublikanın keçmiş rəhbərlərinin məkrli siyasətinin ağrısını bu gün 7 milyonluq xalq, heç bir günahı olmayan Qarabağ camaatı çəkir.
İndi çoxları, xüsusən yuxarılar “Xocalı faciəsi olmaya bilərdi” sözlərini tez-tez işlədirlər. Əslində, Xocalı soyqırımı millətin hakim dairələrinin,, prezidentin mərkəz qarşısındakı təslimçilik siyasətinə uyub göz görə-görə, bəlkə də bilərəkdən şərait yaratdıqları, törətdikləri cinayətdir. Camaatı sakitləşdirmək üçün belə bir “bayatı” da eşidilir: “Xocalı qırğınının səbəblərini araşdırmaq üçün komissyia yapradılıb. Bu cinayətdə əli olanların hamısı layiqli cəzalarını alacaqlar”. Əvvəla, sinəsinə Xocalı dağı – ana-oğul, körpə, qardaş-bacı, torpaq dağı çəkilmiş həmvətənlərimizin ağrılarını, acılarını, digərgin taleyinə, itirdiklərinə heç bir ədalətli hökm ilə, məhkəmə ilə məlhəm qoymaq mümkün deyil. İtirdiklərimizi heç nə ilə qaytarmaq olmaz.
Ataların “Daldan atılan daş topuğa dəyər” məsəli yada düşür. Görəsən, indi Xocalı faciəsindən “yana-yana” danışan bəzi üzdəniraq millət təəssübkeşləri Xocalı aylardan bəri imdad, yardım istəyəndə, Xocalının başı üzərində ölüm kabusu dolaşanda harada idilər?! Bir də ki, 20 Yanvar faciəsinin nəticələrini tədqiq edən komissiyanın iki ilə yaxın müddət ərzində davam edən fəaliyyətindən sonra xalqa əsl həqiqət deyildimi? Əsl cinayətkarlar ədalət məhkəməsi qarşısınqa cavab verdilərmi? X E Y İ R! Əlbəttə, tarix heç nəyi unutmur. Vaxtilə Mircəfər Bağırov, Beriya və onların başçılıq etdikləri qaniçən vətən, xainləri törətdikləri cinayətlərə görə cavab verdikləri kimi, Qarabağ faciəsini, Xocalı qırğınını, vertolyot qəzalarını törədənlər, yaxud buna şərait yaradanlar da gec-tez xalqın, millətin ədalət məhkəməsindən yaxa qurtara bilməyəcəklər.
Parlamentimiz Elmira Qafarovanın “öz xahişi” ilə, prezidentin isə müxalifətin, xalqın təkidi-təzyiqi ilə istefasını qəbul etdi. Bu istefanı, istefa verənlərin “kişiliyi”, “mərdliyi” kimi qələmə verənlər isə unudurlar ki, bu keçmiş “istefalar” əslində Qarabağda minlərlə ocağın söndürülməsinə, yüzlərlə, minlərlə yurddaşımızın bir tükdən asılı olmasına, indiki gərgin vəziyyətə gətirib çıxarmışdır. Tarixi sessiyada hər iki liderin “xidmətləri” nəzərə alınaraq, onların imtiyazları və hüquqları qorundu. Əlbəttə, belə gərgin məqamda millətin adı qarşısında qisasçı, düşmən epitetlərinin başa yazılmaması xatirinə sərt cəzaya əl atılmamasını başa düşmək olar. Amma, vəzifəsindən, mövqeyindən asılı olmayaraq kimin kim olduğunu xalqa tanıtmaq, unutqanlıq bəlasından xilas olmaq lazımdır.
Qarabağda qanlı cinayətlər törədənlərə, yaxud buna şərait yaradanlara, xalqın taleyi ilə oynayanlara qarşı birtərəfli mövqe tutulması hakimiyyətə gələn yeni qüvvələrin, liderlərin də məsuliyyət hissini azaldır, onlarda xalqın taleyinə qarşı biganəlik, etinasızlıq hissi oyadır.
Mən redaktor kimi çoxminli fəhlə kollektivində tez-tez oluram, istehsalat, sex və filiallarlı gəzir, əməkçilərlə söhbət edirəm. Bir cəhət diqqətimi cəlb edir və rəğbət oyadır ki, artıq Şəkidə, əmək kollektivlərində adamlar müharibənin sərt qanunları ilə yaşamağa başlamışlar. Daha doğrusu, şərait adamları buna vadar edir. Müəssisəmizdə ciddi intizam, tapşırılan iş üçün məsuliyyət hissi, qarşılıqlı tələbkarlıq və qətiyyət normasına çevrilir. Fəhlələrimiz müharibə şəraitində arxa cəbhənin nə demək olduğunu – burada əldə edilən uğurların qələbəmizə təsirli kömək etdiyini yaxşı başa düşürlər. Ona görə də “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı ilə işləyirlər. Lakin zəhmət adamını da yaddan çıxarmamaq, unutmamaq lazımdır. Fəhlə əgər öz halal zəhmət haqqısını ada bilmirsə...
Bununla birlikdə, hər yerdə olduğu kimi, bizim Şəkidə, bizim ipək şirkətimizdə də adamların əsəbləri tarıma çəkilib. Qarabağda, eləcə də sərhəd rayonlarında baş verən qanlı hadisələr, talan edilmiş, yandırılmış kəndlər, yaşayış məntəqəlri, erməni quldurlarının soyqırımı, müharibənin genişləndirmək üçün göstərdikləri amansız cəhdlər şəkililər tərəfindən də qəzəb, nifrət hissi ilə qarşılanır. Təbii ki, bu gün şəkililər, müəssisəmizin çoxsaylı kollektivi, ziyalılar, müxtəlif peşə sahibləri yeni rəhbərlikdən daha qəti, prinsipial, təxirəsalınmaz tədbirlər görməyi, vaxt itirməməyi tələb edirlər,
Respublika parlamentinin sədri Yaqub Məmmədovun hakmiyyətə gəldiyi qısa müddətdə tutduğu açıq, birbaşa mövqeyi aydın bilinmir. Bununla belə, qeyd etməliyik ki, müxalifət də respublikada sabitliyi hər vasitə ilə pozmağa açıq-aşkar cəhd göstərən “gözəgörünməz” qüvvələr qarşısında Yaqub Məmmədovun tərəddüdlü mövqeyini məqbul hesab etmir. Hörmətli sədr televiziya ilə müsabiqəsində bu gözəgörünməz qüvvələrin necə hiyləgər, məkrli siyasət yeritdiklərini, hakimiyyət, vəziyə, stol naminə hətta millətin qanını tökməyə hazır olduqlarını bildirməlidir.
Lakin indiki gərginlik şəraitində Ali Sovetin yeni rəhbərinin öz prinsipial və qəti mövqeyini bəyan etməməsi, xalqa üz tutmaması, milləti həqiqi birliyə, həmrəyliyə, düşmənə qarşı mübarizədə yekdil olmağa çağırmaması, ona olan inam hissini azaldır. Xüsusən paprlament sədrinin Ağdamda olarkən keçirdiyi müşavirədə ağıllı təkliflərə tərəfdar çıxmaması, qeyrətli vətən oğullarının dedikləri ilə həmfikir olmaması, xalq cəbhəsinin sədri Əbülfəz Elçibəyi əməkdaşlığa çağırmaması göstərir ki, yeni rəhbərlik köhnə rəhbərliyin tütdüğü qətiyyətsiz mövqeyi davam etdirir.
Şirkətimizin fəhlə, mühəndis, digər peşə sahibləri ilə söhbətdən yəqin elədik ki, onlar da respublikada yaranmış böhran vəziyyətindən çıxmağın asan olmayacağını başa düşür, qarabağ münaqişəsindən yaxa qurtarmaq üçün hərbi qüdrətimizin möhkəmləndirilməsini, etibarlı ordu yaranmasını, dəmir intizamın təmin olunmasını, xalq cəbhəsinin, millətin qeyrətli oğullarının hakimiyyətə cəlb edilməsini arzu edirlər.
İstər-istəməz belə bir sual meydana çıxır: Nə üçün mövqelərimizi əldən vermişik, düşmən niyə üstümüzə bu qədər ayaqlayıb? Səbəb aydındır. Ona görə ki, Qarabağ məsələsinin ancaq siyasi yolla, danışıqlar yolu ilə həll ediləcəyinə, regionda sülhün asanlıqla yaradılacağına inananlar çoxdur. Axı, bu bir həqiqətdir ki, nə Rusiya Prezidenti Yeltsinin, nə də Qazaxıstan Prezidenti Nazarbayevin... işə qarışmasından ABŞ Prezidentinin bəyanatına qədər heç nə Qarabağ probğleminin dinc yolla həll edilməsinə etibarlı zəmin yaradılması barədə rəsmi razılıq əldə edilməsinə