(Mətnın farscadan tərcüməsi,
şərh və qeydlər Aydın Məmmədovundur)
Müəllifin təvəllüd və vəfat etdiyi il
qeyri müəyyəndir. 1393-cü ildə Bağdad teymurilər tərəfindən
tutularkən orada yaşayırdı. Həmin vaxt əsir düşmüş, sonra isə N. Şaminin əla
yazı-pozu qabiliyyətini nəzərə alan Əmir Teymur, onu öz yanına xidmətə götürmüşdür. Beləliklə,
bizim müəllif, Əmir Teymurun sonrakı yürüşlərinin iştirakçısına çevrilir. 1401/02 (–h. 804)-cü ildə isə
Əmir Teymur, N. Şami’yə öz zəfərlərini
tərənnüm edən sadədilli bir tarix əsəri yazmaq barədə
göstəriş verir. Bu sifariş əsasında işə başlayan N. Şami, “Zəfərnamə”ni qələmə alır və onu 1404-cü il
aprelin 12-də şəxsən Əmir Teymura təqdim edir.
Tarixi mənbələrdə, daha sonra N. Şaminin adına
1405-ci il, yayın ikinci yarısında vaqe olmuş hadisələrin şərhində –
Ömər mirza ilə
vuruşmağa hazırlaşan və Şəki hökmdarı Seyid Əhmədin (1399 – 1423/1424 +[1]) də daxil olduğu koalisiyanın
qarşıdurması ilə bağlı olaraq, təsadüf edilir. Belə ki həmin vaxt Ömər mirzanın yanında
olan şəxslərdən biri də N. Şami idi və o,
qarşı tərəflə danışıqlarda iştirak edirdi. Deməli, N. Şami, Əmir Teymurun ölümündən sonra Təbrizdə yaşamış və onun nəvəsi Ömər mirzanın xidmətində
olmuşdu.
Zamanəmizədək “Zəfərnamə”nin,
üzü müxtəlif illərdə köçürülmüş bir xeyli əlyazma nüsxəsi gəlib çatıb. Əsərin Fleks Taur tərəfindən hazırlanmış 2
cilddən ibarət farsca elmi-tənqidi mətni (qeyd və şərhlər çex dilində) 1937
(1-ci cild) və 1956-cı illərdə (2-ci cild) Praqada çap oluunmuşdur. Necati
Lüğonun etdiyi türkcəyə tərcüməsi isə 1949 və
1987-ci illərdə Ankarada nəşr olunub.[2] Sonuncudan istifadə etməklə, Akademik Ziya Bünyadov “Zəfərnamə” nin Azərbaycana aid hissələrini dilimizə çevirmiş və bunlar 1992-ci il-də Bakıda kitabça şəklində nəşr edilmişdir. Lakin “Zəfərnamə”nin 1956-cı il Praqa çapının mətni ilə müqayisədə
Şəkinin adı çəkilən hissələrdən biri ora daxil deyil. F. Taurun hazırladığı mətndə rast gəlmədiyimiz
Şəkiyə aid bir hekayət isə Z. Bünyadovun qeyd edilən iqtibaslar kitabçasında
var.
Yuxarıda göstərdiyimiz kimi, N. Şami 1393-cü ildən Əmir Teymurun yanında xidmət etməyə başlamış və həmin vaxtdan da onun yürüşlərinin
iştirakçısı olmuşdur. Deməli, mümkündür ki, əsərində təsvir edilən 1393-cü ildən
sonraya aid hadisələr, o cümlədən bunlardan Şəkiyə aid olanlar (cəmi 3 epizod; Şəki hökmdarı Seyid Əhmədin Alıncaq qalasında öldürülməsi bəhs edilən bir hekayət istisna olmaqla yerdə
qalan ikisi) məhz, müəllifin şəxsi müşahidəsinə əsaslanmış olsun.
M
Ə T N
(Şəkiyə
dair iqtibaslar)
...o qədər şikar düşdü ki çoxluğu hədd və ölçüyə gəlməz.
Buna görə ləşgərlər kök ahuları seçirlər və arıqları
saxlayırlar ki Şəki dağlarında qalsınlar. [Əmir Teymur] [Əmirzadə[3]] Dərviş Məhəmməd[i
Şəkidə düşmənlərin dəfi üçün sərdar təyin edib yola salmaqla bərabər, Ərqunşahı və və Ramazan Xocanı Tanquta[4]] [və Əmir Cahanşahı başqa əmirlərlə] göndərdi ta ləkziləri
(– ləzgilər yaşayan yerlərə qədərki
əraziləri, yaxud ləzgilər yaşayan yerləri də) qarət etsinlər [Digər əsgərlər Elbrus dağının ətəklərinə getdilər
və harada bir qala gördülərsə yıxdıqdan sonra[5]] Qəbələ məkanında cəm oldular və Həzrətin bəndəliyi
(–Ə.T.) [Əmir Məhəmməd bəyi[6]] Aqcaba[7] göndərdi, [ sonra hamısı] [Kiçik Qarabağa[8]] getdilər
və o yerdə Kür çayı üzərində qayıqlardan körpü gördülər və Sorxab[9] qalasını tutdular və o
yerdən… Bərdə tərəfə gəldilər[10]
Tifliş şəhərinə və oradan hərəkətlə
– yolda ovlanmaq surətiylə Şəki vilayətinə gəldi. Vilayət əhalisini itaət
altına almaq üçün əsgərləri irəli sürərək yola çıxmalarına əmr buyurdu. Əmir
Hacı Seyfəddin, Cahanşah bahadur
və digər əmirlər, fərmana tabe olub yola
çıxdılar. Vilayəti itaət altına aldılar, itaət etməyənləri yağma etdilər. Şeyx
Nurəddin bahadur bir ordu ilə dağlar tərəfə getməyə qərarlaşdı.
Seyyid Əli mal və mülkündən keçərək qaçmaq yolunu
tutdu. Onun vilayətlərini xaraba və viran etdilər və əsgərlər bu vəzifəni yerinə
yetirdikdən sonra Əmir Teymurun yanına getdilər.[11]
…[Əmirzadə Əmiranşahın]
necə ki daha əvvəl ağlının dönməsi qanına[, yəni xasiyyətinə] keçmiş idi, Ondan haqsız
yerə bir adamın üstünə düşmək kimi adətinə uyğun olmayan bir hərəkət sadir oldu. Dost və
düşmən birlikdə Ondan uzaqlaşmış oldular. Daha bu dərəcəyədək ki, Seyid Əli Şəki, baxmayaraq ki daha əvvəl tabe olur və
itaət edirdi, müxalifət göstərdi və [Georginin[12]] gürcü ləşgəri ilə Sultan Tahir bin
Sultan Əhməd ki Alıncaq qalasında mühasirədə idi, [köməyə] getdi. Üməra
ki o yerin mühasirəsi ilə məşğul idilər, birlikdə fərar etdilər –Əmirzadə Əmiranşah bahadırın yanına getdilər və həmin saat Əmirzadə Əmiranşah [öz oğlu] Əmirzadə Əbubəkrə, hazır ləşgərlərlə əks-hücum buyurub, Seyid Əli [Şəki[13]]nin dəfinə göndərdi; və Onlar Alıncaq qalasının ətrafında idilər, ora çatdılar. Seyid Əli
də yolun bir döngəsində həmlə yetirdi və diqqət verməyərək,[Əmirzadə Əbubəkrin əvəzinə(?)] digər birinin üzərinə şığıdı və bərk
cəng oldu və o mərəkədə Əmirzadə Əbubəkr bahadır bir ox atar ki, [bu ox] Seyid Əlinin dəbilqəsinin zireh ətəyi üzərinə
getdi [və] zirehdən keçərək şah damarına sancıldı; və Seyid Əli necə ki dağın
bir zirvəsindən, həmən bir yaraya minik
heyvanının (–atının ?) belindən yıxıldı və [beləcə də] həlak
oldu; və Sultan Tahir, Əmirzadə Əbubəkrin yetişməsindən qabaq qaladan çölə
çıxmış idi və Seyid Əhməd namlı əlaltısını, Sərkiz namlı [erməni[14]] ilə Alıncaq
qalasına müqərrər (– rəsmən təyin olunan) edib, elə ki Seyid Əlini o vaqiə yıxdı,
[Cəlair
xəzinəsini və qohumlarını götürüb[15]] gürcülərlə birlikdə Grcüstan
tərəfə fərar etdi və ondan sonra Bağdada – atasının yanına getdi; və Əmirzadə
Əbubəkr [Alıncaq qalasını mühasirə etmiş əmirləri]
sabiq qayda üzrə yenə Alıncaq qalasının mühasirəsinə müqərrər buyurub və Seyid Əli Şəkinin başını bədənindən ayırtdırıb atasının [– Əmiranşahın] yanına gətirdi[16] və bu səbəbə bir nökəri Səmərqəndə (– əslində, Hindistana) göndərdilər.[17]
…Əmir Şeyx İbrahim ki, Həzrət sahib qirani süfrəsində o şirvanşah əhd [etmiş] idi Seyid Əhməd bin Seyid Əli Şəkini Həzrətə (– Ə.T.a) gətirib Onun günahını bağışlatsın və
Həzrət sahib qirani Onun günahını bağışlayıb [və
Seydi Əhməd] dövlət astanasını öpməyə çatdı və çoxlu
soyurğallar
(– irsi torpaq mülkü) və saysız hesabsız inayətlər
qazanıb digər [əzizlənən] üməra zümrəsinə
qatıldı; və Əmir Şeyx İbrahim toy tərtib edib o qədər at və qoyun kəsmiş idi
ki, mətbəxtçilər onu bişirməkdə aciz oldular. O peşkəşlərdən
sonra, canlı şikar növləri və qulamlar və cariyələr (– yeniyetmə qız kənizlər) və
qumaşlar və silahlardan qeyri və o cümlədən, altı min at çəkdi.[18] Əvvəlinci kərələr Gürcüstan tərəfə Həzrət sahibqiraninin
buyrulan basqın söhbəti kimi, gürcülərinki də daha əvvəl
söylənilmiş oldu ki Alıncaq qalasına getdilər və Sultan Tahir Sultan Əhməd oğlunu bu yerdən kənara
apardılar və Seyid Əli Şəki, Əmirzadə Əbubəkrin əli ilə qətlə yetirildi və gürcülər öz kutvallarını
(– komendatlarını)
Alıncağa qoydular. Ona görə, səltənətin və
cahangirliyin namusu baxımından lazım göründü ki, o yoldan çıxmışlardan intiqam
üçün bütün Gürcüstan üzrə acınacaqlı vəziyyət yaratsınlar. O cümlədən, Həzrət Sahibqiranın hökmü qüvvəyə mindi ki, bütün ləşgərlərdən hər on nəfər süvari və piyadadan üç nəfər bu
basqına rəvanə (– gedən) olsunlar və on günlük azuqə götürsunlər və qalan əsgərlər də qışlaq yurdunda məqam …[19] [gözləsinlər.][20]
....
....
^^^^^
"Səkinin səsi" qəzetinin RSS Xəbərləri
* * |
"Səki
tarixi" saytının RSS Xəbərləri
* * |
Bu
səhifənin Google Page Rankı: ** **
history Sheki ; История Шеки ; Seki tarihi ; Səki tarixi
saytının Ana səhifəsi >>>
Saygaclar: 1. 2. 3. : 4.
5. 6. 7.
Bu
reklamlara baxsanız bizə də xeyir verərsiz!
*
*
Veb
Kataloq Səki "Səkinin səsi” qəzeti
*
Bizimlə əlaqə: shekitarixi@gmail.com
[1] Seyid Əhməd 1399-cu ilin yanvar ayında hakimiyyətə
başlayıb və Şəki hökmdarı kimi tarixi mənbələrdə onun adına
axırıncı dəfə 1423/1424-cü il hadisələri ilə əlaqədar
olaraq təsadüf edirik. Bəzən onun 1382 –1438-ci illərdə hakimiyyətdə olduğu
göstərilir (Bax: Сведения о народах Кавказа (
[2] Bu nəşrlə
tanış ola bilməmişik.
[3] Bu yalnız Z. Bünyadovun türkcədən çevirməsində
var. Bax: Nizaməddin Şami (1992), səh.
11–12
[4] Bu yalnız
Z. Bünyadovun türkcədən çevirməsində var. Bax: Nizaməddin
Şami (1992), səh. 11–12
[5] Bax, 23-cü
qeydə.
[6] Bax, 23-cü
qeydə.
[7] Fikrimizcə,
bura müasir Azərbaycan Respublikasının Ağdaş rayonu ərazisinə uyğun gəlir.
[8] Bax, 23-cü
qeydə.
[9] Bu
toponimin farsca mənası «qırmızı su» deməkdir. Sorxab qalası 16-cı əsrin birinci yarısında Şirvanşahlara
məxsus idi və onların öz əraziləri üzrə ən qərbdə, Qəbələ ilə Kür çayı arasında yerləşən müdafiə istehkamı idi. Arxeoloq F. V. Qədirov’a
görə Sorxab, indiki Göyçay və Türyançay dərələri
arasında, Ərəb Kükəl kəndindən şimalda, Surxayxan dagının zirvəsində olub və indi də xarabalığı həmin yerdə
qalmaqdadır. Lakin tədqiqatçı etiraf edir ki, yerli əhali həmin qalanı Sorxab yox, ya Surxayxan, ya da
Qaraçala adlandırır.( Bax: F. V. Qədirov (1984), səh. 79).
[10] Nizamuddin Şami
(1956), səh. 57; necə ki F. Taur
bu hissəni Zəfərnamə-nin müxtəlif əlyfzma
nüsxələrinin, o cümlədən ondan köçürülmüş digər əsərlərin müvafiq mətninə əsasən
«montaj» etmişdir, eləcə, biz də orada, sözlər arasında olan rabitəsizliyi
aradan qaldırmaq üçün Z. Bünyadovun türkcədən çevirməsinə
və Ş. Ə. Yəzdi Zəfərnaməsi’nin Daşkənd nəşrinə əsasən müəyyən əlavələr
etdik.
[11] Nizaməddin Şami
(1992), səh. 11–12
[12] Mətndə: ərgin; Bizim tərəfimizdən
redaktə edilmiş variant isə Rövzətüs-səfa mətninin
müvafiq bəhsinə əsasəndir. Orada: Gorgin (–Georgi) hakim-e
Gürcüstan (Bax: səh. 98 ميرخواند
(۱۲۷۱)، )
[13] Nəşrdə çex
dilində qeyd edilib: Ajoutẻ par
celui qui collationna le manuscrip Z.Voir p. XVIII
[14] Bax əvvəlki
qeydə.
[15] Bax əvvəlki
qeydə.
[16] Necə ola
bilər ki, teymurilər uzaqdan atdıqları oxla öldürdukləri
Seyid Əlinin başını rahatca kəsə və hələ üstəlik, Təbrizə də apara bilərdilər?
Axı onlar özləri acınacaqlı məğlubiyyətə uğramış, qaçmağa üz qoyaraq döyüş
meydanından canlarını zorla qurtarmışlar! Yəqin ki N. Şami Əmir Teymurun qəzəbindən qorxaraq teymurilərin məğlubiyyətini
ört-basdır etmək üçün belə yazmağa məcbur idi və həmin səbəbdəndir ki,
buradakılar Ş. Ə. Yəzdinin Zəfərnamə’sində öz əksini
tapmamışdır.
[17] NIZAMUDDÍN ŠAMÍ (1956), səh. 148. Ş. Ə. Yəzdiyə nisbətən, N. Şaminin
müvafiq bəhsi, həcm və təfsilatca bir qədər kəm olsa
da bəzi təfərrüat yalnız burada var. Məsələn, Sultan Tahirin Alıncaq qalasına təyin etdiyi şəxslərdən birinin adı
(və milliyyəti); Seyid Əli Orlatın dağın bir zirvəsindən,
minik heyvanının belindən yıxılaraq həlak olması və başının isə kəsilərək Təbrizə
aparılması; nəhayət, məlum hadisə haqda Əmir Teymura məlumat verilməsi üçün bir
nökərin Səmərqəndə (– əslində Hindistana) göndərilməsi...
[18] Ola bilsin
ki, Şirvanşah Şeyx İbrahim həmin şeyləri, əslində, Şəki hökmdarı Seydi Əhmədin “əfv olunması”nın əvəzində
təqdim edib. Belə ki İbn Ərəbşahda görürük ki, o, Şəki
ölkəsinin bir hissəsində yaşayan sakinlərin də «bağışlanması» üçün Əmir Teymura
çox böyük miqdarda mal-dövlət vermişdir və bu hərəkətini onunla əsaslandırmışdır
ki, qonşuları çox kasıb yaşadıqlarından özləri heç nə verə bilməzdilər. Sözsüz
ki, o dövrlərdə dünyanın ən mühüm ticarət yollarının Şirvandan keçməsi, orada
neft mədənlərinin olması və s. şeylər şirvanşahlara külli miqdarda qazanc gətirməkdə
idi və onlar bu xüsusda bəxti gətirməmiş Şəki hökmdarlarından qat-qat varlı olmaqla, istənilən vaxt həmin qonşularının da əvəzinə
mal-dövlət sərf edə bilərdilər.
[19] NIZAMUDDÍN ŠAMÍ (1956), səh. 153 – 154.
[20] Mərhum akademik Ziya Bünyadovun
türk dilindən (əsəri bu dilə farscadan Necati Lüğon tərcümə etmişdir) çevirməsidə
xeyli konkretləşdirmə var: “Bundan əvvəl
Şəki vilayətinin hakimi olan Seyyid
Əlini öldürdükdən sonra, oğlu qiyam edərək atasının yerinə keçmişdi. O, Əmir
Teymurun gəldiyini
eşidib qorxdu və Şirvan məliyi Şeyx İbrahimi vasitəçiliyə sövq edib, Əmirin
yanına gəlir, itaətini ərz edir və yeri öpmək şərəfinə nail oldu, qüsurlarından
dolayı əhv və mərhəmət dilədi. Əmir Teymur onu
əzizləyəb təltif etdi, sonra da atasının mənsəb və məqamını
özünə verdi.” Nizaməddin Şami
(1992), səh.18.