17.05.2008 4-cü dəfə keçirilən NETTY-2008 (Azərbaycan Milli İnternet Mükafatı) - müsabiqəsində Şəki saytlarının, o cümlədən "Şəkinin səsi" qəzeti saytlarının uğurlu çıxışı! |
|
Diqqət: Yeni rublika (07.03.08;13.00; Milli Məclis, Deputat korpusu, Hadi Rəcəblinin iş otağı) Hadi Rəcəbli: referendum çağrılmalıdır, Konstitusiyaya düzəliş edilməlidir ki, 1 şəxs dəfələrlə Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Biz nəyə görə möhtərəm İlham Əliyevin 3-cü dəfə prezident seçilmək hüququna məhdudiyyət qoymalıyıq ki?! |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəranda çıxış edərkən; arxada: Hadi Rəcəbli |
|
AydınMəmmədov: Hadi müəllim, "Şəkinin səsi" qəzetinin web saytında yeni rublika - "Üzbəüz" rublikası açmışıq, məqsədimiz bu rublika altında görkəmli şəxslərlə üzbəüz oturub, sözümüzü demək və onların sözünü eşitmək, fkrimizi çatdırmaq və qarşı tərəfin münasibətini öyrənmək, bizi maraqlandıran suallara cavab almaq, bir sıra problemlərin həllində iştirak etmək, bir sözlə, ictimai fəallıq göstərməkdir və ilk müsahibimiz də sizsiniz. Belə ki siz Milli Məclisdə komissiya sədrisiniz, siyasi elmlər doktorusunuz, ən əsası isə, hər halda bizim üçün ən əsası isə odur ki Siz Şəkidə 5 il 1- katib işləmisiniz indi isə "Şəkinin səsi" qəzetinin tedaksiya heyətinin üzvüsünüz. Hadi Rəcəbli:Birici nədən başlayaq? Ardını 29.03.2008-ci il tarixli "Şəkinin səsi" qəzetində oxu >>> | |
Almaniyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin sədri Mərdan Ağayevin bizim sayta məktubu
www.jaf.here.de Həmçinin, "Jahrbuc hAserbaidschanforschung” un Bakıdakı ilk təqdimat mərasimini barədə "Şəkinin səsi"ndə dərc olunmuş məqaləyə bax: >>>
|
Diqqət! http://shekitarixi.googlepages.com/ . Bu saytı "Şəkinin səsi" qəzeti saytına əlavə, köməkçi bir internet səhifəsi olaraq yaratdıq. Belə ki birinci, internet-kataloqlarda yalnız "Xəbər", yaxud "Media" kateqoriyalarında qeydiyyatdan keçmişdi. Şəkinin tarxinə diqqəti artırmaq üçün biz bu saytı hazırlayıb onu "Tarix" kateqoriyasında qeydiyyatdan keçırdık və burada əsasən, Şəki tarixinə dair materialları dərc edəcəyik!
Dekabrın 9-u Bakı vaxtı ilə 20.00 və 23.00 da "Azadlıq" radiosunun"İz" Mədəniyyət proqramında aparıcısı Sevda xanım, mən - Aydın Məmmədov, Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin rəisi, həm də qərərgahı Lüksembruqda yerləşən Əsilzadələr Cəmiyyətinin http://www.almanach.be/ saytının redaksiya heyətinin üzvü Pərvin Mirzazadə "mühacirətdə olan qəbirlər" mövzusunda maraqlı diskusiya etndik:
Birbaşa "Azadlıq" radiosundan qulaq asın: Bunu bas
Yaxud yükləyin və qulaq asın:
Dekabrın 7-i 1875-ci ildə Şəki şəhərində görkəmli dövlət xadimi Fətəli xan Xoyski anadan olmuşdur. Onun nəşi hələ də qürbətdə "çürüyür"!
1918 – 1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının yaradıcılarından çoxu, bu cümhuriyyətin süqutundan sonra mühacir həyatı yaşamağa məcbur oldular və ömürlərini də qürbətdə başa vurdular. Onların qəbirləri indi də qürbətdədir. Xalqımıza divan tutan erməni Stepan Şaumyanın qəbri və heykəli Bakının düz ortasında, Şərqdə ilk cümhuriyyəti quran həmmillətlərimizin məzarları isə qürbətdə!
Vaxt gələcək, biz müsəlmanlar ayılacağıq, istəyəcəyik ki Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və nə bilim, bunlar kimi nə qədər digər görkəmli şəxslərimizin nəşini gətirək Vətənə. O zaman sual ortaya çıxacaq: onları harada dəfn edək? Fəxri Xiyabanda? Şəhidlər xiyabanında? Ya Elçibəyin adıyla hallandırılan versiyaya uyğun “Sahil”, yəni keçmiş “26-lar” parkında? Ya anadan olduqları yerdə? Ya qohumların, yaxud əcdadlarının dəfn olunduqları yerdə? O zaman bizim bu məqaləmiz aktual olacaq; bax:
Bir qəbir kitabəsinin izi ilə, yaxud F. X. Xoyskinin əsli nəcabətinə dair tarixi faktlar
Avropa Insan hüqüqları Müdafiə təşkilatının təmsilciləri Azadlıq qəzətinin baş redaktoru Qənimət bəy Zahidi aclq aksiyasını danaydırmaga cagırır:
Salamlar olsun elim Şəkiyə ve əhalisinə.
Almaniyada 'Xalq evinin' 100 saatliq tədbiri başa çatmışdır:
Bu il ən çox kitabı satılan Azərbaycanlı müəllif, şəkili Bəhram Çələbi (Mustafabəyli) olmuşdur. Onun təkcə "Sabirabadlı Hikmət" adlı kitabı Moskvada 20 min, Azərbaycanda isə 12 min nüsxə satılmışdır. Bu il Bəhram müəllimin "Diktator Ağakərim" adlı kitabının rus dilində tərcüməsi ("Бог Урала") də başa çatmış və həm də onun ingilis dilnə tərcüməsinə başlanılmışdır. Müəllif hal-hazırda Azərbaycanda kifayət qədər məşhur olan "Lotu Bəxtiyar" kitabının 3-cü cildi, "Dağlı Cavanşir"in isə 2-ci hissəsi üzərində işləyir. Bu günlərdə B. Çələbinin "Lotulat, cayıllar və..." adlı kitabı çapdan çıxacaqdır. Dövri-mətbuatda - "Kriminal" və "Serial" və s. qəzetlərdə, onun çoxlu sayda maraqlı məqalələri dərc olunmuş və olunmaqdadır.
Noyabr ayının 2-dən etibarən isə şəkili Bəhram Çələbinin Bakıda"Kriminal xronika" adlı qəzeti nəşrə başlamşdır!
Oktyabrin 30-da əziz dostumuz, "Şəkinin səsi" qəzetinin redaksiya heyətinin üzvü, AFFA -nın prezidenti Ramiz Mirzəyev, 53 yaşında vəfat etdi Bizim saytdakı foto şəkillərin böyük əksəriyyəti, onun bizə hədiyyə etdiyi fotoaparat vasitəsi ilə çəkilmişdir. Allah ona rəhmət eləsin. O, gözəl, çox gözəl bir insan idi!
Uzun xəstəlikdən sonra dünyasını dəyişən AFFA prezidenti Ramiz Mirzəyevi, öz vəsiyyətinə əsasən, doğulduğu Tovuz rayonun Donqar Quşçu kəndində dəfn etdilər.
Dəfin mərasimində Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, onun müavini Mübariz Qurbanlı, AFFA-nın baş katibi Elxan Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov, Tovuz Rayon İcra Hakimiyyətinin rəsmiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Oktyabrın 25-də Prezident İlham Əliyev, Hadi Rəcəblinin «Şöhrət» ordeni ilə təltif olunması haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir ki, H. Rəcəbli bu yüksək dövlət mükafatına Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə layiq görülür.
Mili Məclisin iş prinsiplərindən biri də budur ki, qrafik əsasında deputatlarından hər gün biri şikayətçiləri qəbul etməlidir. Bu qayda, Milli Məclisin Sosial-siyasət daimi komissiyasının sədri - Hadı Rəcəbli üçün də istisna deyil. Hadı müəllim Lənkərandan deputat seçilmişdir. Lakin maraqlıdır ki, onunla görüşmək üçün əvvəlcədən qəbula yazılmış şəxslərin çoxu şəkililərdir! Bəs Şəki əhalisinin Hadı Rəcəblinin yanına üz tutnasının səbəbi nədir?




