4-cü dəfə keçirilən NETTY-2008 (Azərbaycan Milli İnternet Mükafatı) - "Azərbaycanın birinci peşəkar mükafatı" üzrə müsabiqədə birinci mərhələ - yəni virtual səsvermə, uğursuz başa çatdı; BİR ÇOXU TƏSADÜFİ VƏ ÖYRƏDİLMİŞ ADAMLAR OLAN 310 "VİTTUAL JİRİ" ÜZVÜNDƏN 94-İ SƏSVERMƏDƏ İŞTİRAK ETMƏDİ!

   Şişirtmə, saxtakarlıq, laqeyidlik, qeyri-peşəkarlıq! Bu müsabiqəyə "Şəkinin səsi" qəzetinin  5 saytı təqdim olunmuşdursa da, onlardan yalnız 3-ü müsabiqəyə buraxıldı. 2 saytımızın nəyə görə müsabiqə iştirakçıları sırasında olmaması barədə NETTY-2008 musabiqəsının təşkılatçılarına müraciət etsək də onlar heç bir cavab vermədilər?! Daha doğrusu onlar özləri də bilmədilər ki bizə nə desinlər kı,  2 saytımızı nəyə görə müsabiqəyə buraxmayıblar! Yəqin ki sadəcə, kefləri belə istəyib, ona görə də buraxmayıblar.

      Bu müsabiqə 4-cü dəfədir keçirilsə də heç bir mükəmməllikdən danışmağa dəyməz və qaydalarının təkmilləşdirilməsinə böyük ehtiyac var. Hal-hazırda www.netty.az saytında "Səsvermənın nəticəsi" sərlövhəsi altında  "İdman"-a baxmaq istəsəniz, "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası " görünəcək. Deməli, Azərbaycan web saytlarına "peşəkar mükafat"ı, qeyri-peşəkarlar verəcəklər?! Müsabiqənin birinci mərhələsi başa çatarkən saytlarımızın nə qədər səs aldığını isə öyrənə bilməmişdik və bunu bilmək üşün müsabiqə təşkilatçılarna müraciət etdik , bir iştirakçı kımı bunu bilməyə haqqımız var idi, lakin cavab  verən olmadı. Sonra,  yalnız "Google"nin köməyi ilə və yalnız 2 saytımız barədə istədiyimiz məlumatı əldə etdik: Sən demə, Şəki tarixi "Elm və təhsil" kateqoriyası üzrə 10 səs toplayaraq 37 sayt arasında 7-ci yeri tutubmuş!  Bu kateqoriya üzrə 1-ci yerdə olan www.sharq-qarb.az/ saytına isə 62  səs verilmişdir; yaxşı saytdır, amma onun 62 səs toplaması bir müımmadır!  "Fətəli xan xoyski barıdə web sayt"ımız  isə "Azərbaycan,  Azərbaycan" kateqoriyası üzrə 5 səs toplayaraq 20 sayt arasında 11-ci olmuşdur.   Şəki üçün ən əlamətdar nəticə də bu qrupda baş verib: http://sheki.az/ saytı  30 səslə ( 3/4-cü yer)  2-ci mərhələyə addamış olub! (2-ci mərhələnin qalıbləri 17 may tarixində məlum olacaq). Daha əvvəl qeyd etdiyimiz kimi, "Google" vasitəsi ilə yalnız 2 saytımıza aid informasiya əldə etdik, Təəssüf ki orada 3- saytımız -http://shekininsesi.googlepages.com,  barədə ( "İnformasiya və xəbərlər" kateqoriyası) heç bir məlumat saxlanılmayıb. Yalnız bilirik ki  bu sayt azı 7 səs toplamışdı.Ümumiyyətlə, birnci mərhələdə səsvermənin nəticəsini yalnız 50% ədalətli hesab tmək olar.   

 

Mərhum, sabiq prezident Heydər Əliyevin anadan olmasının 85 -ci ildönümü münasibəti ilə aprelin son günlərində Şəkidə könüllü qan vermə kompaniyası başladıldı!      

 

   Fotolar M. Salisindir. 

 

    "Google"nin rəsmi  statistikasına görə bu-2008-ci ilin ilk 3 ayı və mart ayının ilk iki həftəsi "Google"-nin skaner etdiyi web səhifələr üzrə "Şəkinin səsi" qəzetinin web saytındakı söz və ifadələrdən ən çox maraq göstəriləni , məhz, "İlham Əliyev" olmuşdur!

 

 15.03.2008. “JURNALİSTLƏRDƏN JURNALİSTLƏRƏ” KİTABININ ŞƏKİDƏ TƏQDİMAT MƏRASİMİ

(materialı bizə Murad Nəbibəyli təqdim etdi) 

      Britaniya Şurası (British Council) təşkilatı tərəfindən bu günlərdə “Şəki-Saray” otelinin konfrans zalında “Jurnalistlərdən jurnalistlərə” adlı yeni kitabın təqdimat mərasimi keçirilmişdir. Mərasimə Şəki, Qax, Balakən, Oğuz, Zaqatala və Qəbələnin kütləvi informasiya vasitələrində işləyən yerli jurnalistlər dəvət olunmuşdular.

      Tədbirdə Britaniya Şurasının layihə koordinatoru Samir Əliyev çalışdığı təşkilatın maliyyə dəstəyilə həyata keçirilən “Dövlət Proqramlarının monitorinqində medianın rolunun artırılması” layihəsinin məqsədi, layihə çərçivəsində görülmüş işlər, kitabın həmmüəlliflərindən olan Mübariz Cəfərov isə kitabın məzmunu, onun zəruriliyi və jurnalistlərə verə biləcəyi töhfə barədə iştirakçılara məlumat vermişlər.         Davamı: >>>

 

Diqqət! Yeni rudlika:

ÜZBƏÜZ 

Azərbaycan Respublikasının Prezidendi İlham Əliyev Lənkəranda çıxış edərkən, arxada Hadi Rəcəbli.

(07.03.08;13.00; Milli Məclis, Deputat korpusu, Hadi Rəcəblinin iş otağı) 

Hadi Rəcəbli: referendum çağrılmalıdır, Konstitusiyaya düzəliş edilməlidir ki, 1 şəxs dəfələrlə Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Biz nəyə görə möhtərəm İlham Əliyevin 3-cü dəfə prezident seçilmək hüququna məhdudiyyət qoymalıyıq ki?!

      

 

   

 

    Aydın Məmmədov: Hadi müəllim, "Şəkinin səsi" qəzetinin web saytında yeni rublika - "Üzbəüz" rublikası açmışıq, məqsədimiz bu rublika altında görkəmli şəxslərlə üzbəüz oturub, sözümüzü demək və onların sözünü eşitmək, fkrimizi çatdırmaq və qarşı tərəfin münasibətini öyrənmək, bizi maraqlandıran suallara cavab almaq, bir sıra problemlərin həllində iştirak etmək, bir sözlə, ictimai fəallıq göstərməkdir və ilk müsahibimiz də sizsiniz. Belə ki siz Milli Məclisdə komissiya sədrisiniz, siyasi elmlər doktorusunuz, ən əsası isə, hər halda bizim üçün ən əsası isə odur ki Siz Şəkidə 5 il 1- katib işləmisiniz indi isə "Şəkinin səsi" qəzetinin tedaksiya heyətinin üzvüsünüz.

     Hadi Rəcəbli: Birici nədən başlayaq?

      Ardını 29.03.2008-ci il tarixli "Şəkinin səsi" qəzetində oxu  >>> 

 

Avropa İnsan haqlari müdafiəçisi, jurnalist, hüquqşünas - İntiqam Məmmədov da web səhifəsini yaradıb:

 

 

Tezliklə, Şəki şəhərində redaktə edilən 7 qəzetdən daha birinin - "Şəki   bələdiyyəsi"nin də web səhifəsi ola bilər

 

27.03.2008.    Dünya  Azərbaycanlı aydınlar (ziyalilar) birliyi təsis ediləcək! 

 

Almaniyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin sədri Mərdan Ağayevin bizim sayta məktubu

     Aydın bəy,  məlumunuz olsun ki, Aprel ayının əvvəli, Berlin şəhərindəki "Verlag Dr. Köster" nəşriyyatında "Jahrbuch Aserbaidschan forschung"
 ("Azərbaycan tədqiqatları") adlı illik məcmuənin 2-ci cildi nəşr olunacaq. (Bildiyiniz kimi 1-ci cild 2007-ci ilin mart ayında işiq üzü görmuşdür) "Jahrbuch Aserbaidschan forschung"-un 2-ci cildində 15 məqalə dərc olunub və 350 səhifədən ibarətdir. Bu illik məcmuədə, Avropada Azərbaycan movzusu ile məşğul olan bir çox alman aliminin məqalələri öz əksini tapıb.  Sizin adınızı kitabın ön sözundə qeyd etmişik      (  BAX: ) , yəni bizə 2 ci cildin yaranmasında kömək göstərən şəxslərin adlarını sadalayarkən. Daha ətrafli məlumat uçun, bu internet səhifələrinə baxa bilərsiniz:

Mərdan Ağayev 

- Həmçinin, "Jahrbuc hAserbaidschanforschung un Bakıdakı ilk təqdimat mərasimini barədə "Şəkinin səsi"ndə dərc olunmuş məqaləyə         bax: >>>

- Həmçinin, "Jahrbuc hAserbaidschanforschung un nəşrini və təqdimat mərasimini Azərbaycan KİV tərəfindən işıqlandırılmaması barədə felyetonu oxumaq üçün bax: >>>

 

07.03.08  Poçtamıza gələn bir məktub - Dəvətnamə:

Hörmətli "Şəkinın səsi" qəzetinin əməkdaşları!

     "British Council" təşkilatının adından, sizi 15 mart narixində saat 11.00-da Şəki Saray" Hotelinin konfrans zalında keçiriləcək “Jurnalistlərdən jurnalistlərə”adlı kitabın təqdimatına dəvət edirəm.

     Kitab British Council teshkilatinin dəstəyi ilə həyata keçirilən "DövlətProqramlarının Monitorinqində Medianın Rolunun Artırılması" layihəsi çərçivəsində hazırlanıb.

      Kitabda jurnalistikanın prinsipləri, jurnalist etikası, Cənubi Qafqaz ölkələrinin KİV haqqında qanunlarının şərhi, jurnalist araşdırması,dövlət proqramlarının monitorinqində mətbuatın rolu, informasiya mənbələri haqqında təcrübələr və tövsiyələr əksini tapıb.

      Jurnalistlər ühün məlumat kitabı olan“Jurnalistlərdən jurnalistlərə” nəşri, artıq layihə çərçivəsində Bakı şəhərindəkeçirilmiş müxtəlif tədbirlərdə jurnalistlərə paylanıb. Layihənin proqramına uyğun olaraq həmin kitabların regionlarda da paylanması nəzərdə tutulub. Bununla baglı, mart ayında Gəncə, Şəki, Quba, LənkəranMingəçevir şəhərlərində yerlijurnalistlər üçun həmin kitabın təqdimatının keçirilməsi planlaşdırılıb.

    Artıq ötən heftə Quba və Lənkəranda təqdimat keçirilib. Növbəti təqdimat isə Şəki, Gəncə ve Mingəçevirdə olacaq.

      Xahiş edirəm tədbirdə iştirakınızı təsdiq edəsiniz. Bu kitabı əldə etmək istəyən digər həmkarlarnızı da tədbirə dəvət edirik. Bu kitabın təqdimatında iştirak etmek isteyənlərdən xahiş olunur iştiraklarını tesdiq etsinlər.  Onların sadəcə, əlaqə nömrələri (telefon ve e-mail) və adları teləb olunur. Etraf rayonlardan gələnlərin (Qax, Balakən Zaqatala və s.) neqliyyat xərcləri ödəniləcək 

     Sualınız olarsa, xahiş edirəm müraciət edə bilərsiniz

 Hörmətlə, Samir Əliyev

Layihə koordinatoru

tel: 437 19 88
mob: (50) 334 32 75

samir_aliyev@yahoo.com

 

    Millət vəkili İ. İsmayılov  "Şəkinin səsi"nin bu - 10 yanvar tarixli sayında dərc olunmuş onun özü barədə olan məqaləyə öz münasibətini digər KÜV vasitəsi ilə bildirərkəni bizim qəzetimiz barədə çaşdırıcı, düzgün olmayan ifadələr işlətmişdir; məsələn:  http://olaylar.az/  saytında belə bir xəbər dərc olunmuşdur:

İlyas İsmayılov "Şəkinin səsi"ni məhkəməyə verəcək

Qəzet partiya sədrinə böhtan atıb

  "Şəkinin səsi" qəzeti ötən saylarında Ədalət Partiyasının rəhbəri İlyas İsmayılova sərt ittiham irəli sürüb. Qəzetin yaydığı məlumata əsasən partiya sədri ölkənin baş prokuroru işlədiyi zamanlarda "ermənilərə xidmət edib". Bu ittihamlara cavab verən partiya funksioneri Mütəllim Rəhimli "OLAYLAR"a açıqlamasında həmin qəzet və qəzetin baş redaktoru haqqında məhkəmə qərarının olduğunu bildirdi: "Şəkinin səsi" qəzeti vaxtilə İlyas İsmayılovun əleyhinə silsilə yazılar dərc edirdi və bununla bağlı İlyas İsmayılov məhkəməyə müraciət etdi. Məhkəmə qəzetin günahkar olduğu və İlyas İsmayılova böhtan atdığı barədə qərar qəbul etdi". Mütəllim Rəhimli həmçinin bu yazıların qəzetə və jurnalistə yaraşmayan hərəkət olduğunu bildirdi. Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar Ədalət Partiyası həmin qəzeti və yazının müəllifini məhkəməyə vermək niyyətindədir. Bununla bağlı yaxın günlərdə iddia ərizəsi məhkəməyə təqdim olunacaq.

1 həftə sonra isə http://www.hafta-ichi.com saytında oxuyuruq:

   İlyas İsmayılov məhkəməni çoxdan udub 

    ƏDALƏT Partiyası sədri, millət vəkili İlyas İsmayılov "Həftə içi"nə bildirib ki, mətbuatda "Şəkinin səsi" qəzetini məhkəməyə verməsi ilə bağlı yayılan informasiya artıq öz operativliyini itirib. Çünki adıçəkilən qəzetlə məhkəmə çəkişməsi olub və İ.İsmayılovun xeyrinə qərar çıxarılıb: "İndi belə məlumatı yenidən gündəmə gətirmək faydasızdır. O zaman barəmdə yalan və şər-böhtan yazan qəzet haqqında ədalətli qərarı məhkəmə verdi". Partiya sədri dedi ki, qəzeti məhkəməyə verməzdən öncə yazı müəllifinin qızı atasının əvəzindən dəfələrlə ondan üzr istəyib və o da bir müddət həmin məqalələrə əhəmiyyət verməməyi qərarlaşdırıb: "Amma sonradan gördüm mən güzəştə getdikcə qarşı tərəf daha da hücuma keçir. Ona görə də məhkəməyə müraciət etdim". İ.İsmayılovun sözlərinə görə, "Şəkinin səsi" qəzetində daha çox onun Tovuz rayon prokuroru işlədiyi dövrdə guya Tovuzu ermənilərə vermək, əvəzində rayon mərkəzində heykəlinin qoyulması ilə bağlı xəbərə etiraz edib və bu üzdən də şərəf, ləyaqətinin təhqir olunduğunu əsas tutaraq qəzetlə qanun dili ilə danışıb: "Onların irəli sürdüyü iddialar gülməli idi, heç bir fakta söykənmirdi. Məhkəmədə də əllərində əsasları olmadığından uduzdular".
Nahid
 
    Əslində isə cənab İ. İsmayılovun Respublika prokuroru islədiyi dövrdə "İpəkçi" qəzetinə qarşı irəli sürdüyü iddialarının demək olar ki hamısı məhkəmə tərəfdən rədd ölunmuşdur!           
    Cənab İ. İsmayılov Ədliyyə naziri işlədiyi dövrdə də bizim qəzetə qarşı məhkəmə iddiası qaldirdi, ən məhşur vəkilləri bu işə cəlb etdi, ətək-ətək pul xətclədi, amma nəinki məhkəməni udmadı,  heç məhkəmənin bir iclasının belə keçirilməsinə nail olmadı!