(Mətnı rus dilindən Aydın Məmmədov tərcümə edib)
Dominikanlı müəllif 9 mart 1377-ci ildə Roma papası tərəfindən “Naxçıvan yepiskopu”, 26 avqust
1398-ci ildə isə Sultaniyyədə oturmaq şərti ilə, “Bütün Şərqin arxiyepiskopu” təyin
edilmişdir. O, 1403-cü ildə Avropaya qayıtmış və 1404-cü ildə orada “Qafqaz xalqları
haqqında məlumat”ları qələmə
almışdır.
İ. Qalonifontibus həmin əsərində ötəri də
olsa, Şəki ölkəsinin ərazisi, etnik tərkibi
v s. xüsusiyyətləri barədə də məlumat verir.
Söz gedən əsərin T. Layoş tərəfindən macar və
ingilis dillərinə edilmiş tərcümələri, müvafiq olaraq 1977 və 1978-ci illərdə
Budapeştdə nəşr edilib. Rus dilinə isə
mərhum akad. Z. Bünyadov çevirmişdir ki, bu da 1980-cı il-də
Bakıda çap olunmuşdur.
MƏTN
(Şəkiyə dair
iqtibaslar)
… [Gürcüstandan] şərqə, düz Kaspi dənizinə, Dəmir qapı şəhərinə çatanadək, hansı ki var Şəki, müxtəlif dinlərdə olan çoxlu
xalqlarla qarşılaşmaşmaq olar.
Bura – suyu, çörəyi, heyvanları, ipəyi
və düyüsü olduqca bol bərəkətli və gözəl bir ölkədir. Onların qoz-fındıqdan əldə
etdikləri yağ nəinki, kulinariya, hətta [yanacaq kimi] işıqlandırmanın da təlabatını təmin edir[1]...
Burada hakimiyyət müsəlmanların əlindədir.
Burada həm gürcülər[2] (– oxu: pravoslavlar), saratsinlər[3] (– oxu: müsəlmanlar), darginlər[4] və ləzgilər[5] yaşayır. Bu yerlə dağlar arasında (Şəki ölkəsi ölkəsinin
hüdudlarından kənarda, onun şimal sərhəddi boyunca?)
iki xalq yan-yana sakin olub: – laklar[6] və darğinlər. Ölkənin bütün şimal hissəsində uca
dağlar var, hansı ki onlar da Kaspi, yaxud Bakı dənizinə doğru uzanır.
Necə ki mən artıq qeyd elədim, düzənliklərdə
və dağların ətəklərində müxtəlif xalqlar yaşayır və hər birinin öz dili var. Onların (– əslində, onların xristianlarının) məzhəbləri gürcülərlə eynidir, amma artıq qeyd edilənlərdən
başqa, [həm də əlavə etməliyəm
ki,] onlar özlərinin bir neçə xüsusi [dini] mərasimlərini də icra
edirlər.
Bu yerdən şərqə doğru ləzgilər[7] yaşayır. Onların öz dilləri var. Onlar
dağlarda yaşayırlar[8] və burda qoq
və maqoq xalqlarından qorunmaq üçün Böyük Aleksandrın tikdirdiyi divarlar hələ də olduğu
kimi durur.[9]
^^^^^^^
"Səkinin səsi" qəzetinin RSS Xəbərləri
* * |
"Səki
tarixi" saytının RSS Xəbərləri
* * |
Bu səhifənin Google Page Rankı:
** **
history Sheki ; История Шеки ; Seki tarihi ; Səki tarixi
saytının Ana səhifəsi >>>
Saygaclar: 1. 2. 3. : 4.
5. 6. 7.
Bu
reklamlara baxsanız bizə də xeyir verərsiz!
*
*
Veb
Kataloq Səki "Səkinin səsi”
qəzeti
*
Bizimlə
əlaqə: shekitarixi@gmail.com
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
[1] İoann de Qalonifontibus sözünə belə davam edir: Amma ölkə bütünlüklə səhhət üçün yararlı
deyil,
bundan başqa əhali bağırsaqlarına qaz
yığılmasından və sağlamlıqlarının zəifliyindən əziyyət çəkir,
kənar yerdən gələnlər burada çox yaşaya bilmirlər. Əlbəttə, bunları ciddi qəbul etmək mümkün deyil!
[2] Gürcüstanla həmsərhəd olan
Şəki ölkəsində də az-çox sayda
gürcünün yaşaması təbii bir haldır. Lakin
4 cəhətə
– hansılar ki aşağıda göstərirk, diqqət yetirsək belə bir nəticə çıxara bilərik
ki, İ. D.
Qalonifontibus “gürcü” deyərkən, həm də məxsusi
dini mərasimləri olan provoslav məzhəbli albanları,
yaxud provoslav məzhəbli oğuzları nəzərdə tuturmuş:
1. O vaxtlar bu “gürcü”ləri Şirvanşah Şeyx İbrahim “tatar” adlandırırdı (Bax: );
2. Qeyri-türklər tərəfindən oğuzların “tatar” adlandırılması fakına 2 dəfə “Kitabi Dədə Qorqud”da da təsadüf edirik: IV boyda “kafirlər”
Qazan xan oğlu Uruz bəyə “tatar oğlu” (Kitabi
Dədə Qorqud, səh. 80), X boyda isə “təkurun
arvadı” Qazan xanın özünə
“tatar” deyir (Yenə orada, s. 144).
3. Necə ki İ. D. Qalonifontibus Şəki ölkəsi əhalisinin etnik tərkibini təsnif edərkən daha
çox dini amilə üstünlük verir (məsələn, “...burada həm gürcülər, saratsinlər, müsəlmanlar...yaşayır), Şəki əyaləti əhalisinin 1824-cü il siyahıyaalınması
aktlarında da belə edilmişdir (Məsələn, Vartaşen kəndində yaşayan pravoslav udinlər gürcü, qriqoryan udinlər isə erməni kimi qeydə alınıblar( ).).
4. İ. D. Qalonifontibus bu Şəki ölkəsidə yaşayan gürcülər barəsində həm də bildirir ki “Onların məzhəbləri gürcülərlə
eynidir, amma ...onlar özlərinin bir neçə xüsusi mərasimlərini də icra edirlər.
[3] Mənbədə: Saraceni.
[4] Yenə orda: Thurigi.
[5] Yenə orda: Lazi.
[6] Yenə orda: Laggi.
[7] Mənbədə: Lagzi
[8] İoann de Qalonifontibus daha sonra ləzgilər barədə
əlavə edir: Bu ləzgilərin həyatı, gərək
ki, mövcud
olan qanunlarla nizamlanır. Onlardan bir qismi müsəlman, başqaları gürcü (– oxu: provoslav),
bir qismi
isə xristiandır ( – oxu: katolikdir). Onlar çox iti
yeriyirlər və yaxşı ox atanlardırlar. Bax: Иоан де Галонифонтибус, səh. 151.