www.dilmanc.az saytında Azərbaycan-ingilis, ingilis-Azərbaycan, türk-Azərbaycan istiqamətli elektron tərcümə proqramı ümumi istifadəyə buraxıldı! Onu və həmin saytda işləməyən iki mühüm ofis proqramını biz işlək vəziyyətdə artıq öz saytımıza yerləşdirmişik; yükləyə bilərsiniz:
"Dilmanc" tərcümə sistemi
Mətnlərin avtomatik tərcüməsini həyata keçirən kompüter proqramıdır. Bu sisteminin köməyilə siz mətni kompüter vasitəsilə bir neçə saniyə ərzində tərcümə edə bilərsiniz. Tərcümə sistemləri tərcümə zamanı insanların işini xeyli asanlaşdırır. Bəzən siz cümlədə bütün sözlərin tərcüməsini bilsəniz də, tərcümə etdiyiniz dildə cümləni qura bilmirsiniz, çünki bunun üçün müvafiq qrammatik qaydaları yaxşı bilmək lazımdır. Bəzən isə sizə dəqiq tərcümə yox, sadəcə mətndə nədən söhbət getdiyini bilmək lazım olur. Tərcüməyə sərf etdiyiniz vaxt isə qiymətsizdir. Bu və çoxlu sayda başqa hallarda maşın tərcüməsi sistemləri minlərlə insanın köməyinə gəlir. Hal-hazırda dünyada maşın tərcüməsi sistemlərindən geniş istifadə olunmaqdadır. Müxtəlif dillər üçün çoxlu sayda maşın tərcüməsi sistemləri mövcuddur. "Dilmanc" tərcümə sistemi isə Azərbaycanda ilk və analoqu olmayan proqram təminatıdır.
Yüklə: Dilmanc2Setup.exe
Diqqət! Yalnız bizdə:
Orfoqrafiya yoxlayıcısı
AzeriSpellChecker
Azərbaycan dilində yığılmış mətnlərdə sözlərin yazılışının orfoqrafik düzgünlüyünün yoxlanması üçün istifadə olunur. Sistem Azərbaycan əlifbasının Unicode standartları tətbiq olunan Microsoft Office paketinin bütün son versiyalarında (Microsoft Word 2000/XP/2003)-də istifadə edilə bilər:
Diqqət! Yalnız bizdə:
Microsoft Word Çeviricisi
Bu proqram köhnə şriftlərlə yazılmış Word fayllarını yeni Unicode şriftlərinə çevirir. Bunun üstün cəhətləri ondan ibarətdir ki, sizin Word faylınızın formatını korlamadan çevirmə əməliyyatını yerinə yetirir: wordconv.zip